haberL haberR

İbrahimoviç “Mançestr Yunayted” ilə müqavilə imzalayıb

Kateqoriya: İdman Yayımlama tarixi: 06.06.2016 10:54:47

Mənbənin məluamtına görə, müqavilə 1 il müddətinədir.

İsveç hücumçusu Zlatan İbrahimoviç “Mançestr Yunayted” ilə müqavilə imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “beIN Sports”, CNN və “Gazzetta dello Sport”un jurnalisti Tankredi Palmeri Twitter-dəki mikrobloqunda yazıb.

Məlumata görə, müqavilə 1 il müddətinədir və onun avtomatik uzadılması nəzərə alınmayıb.

Palmeri yazdığına görə, bununla yanaşı, klub müqaviləni uzatmaq haqqına malik olacaq.

Jurnalist əlavə edib ki, İbrahimoviçin “Mançestr Yunayted”dəki maaşı təxminən 17 milyon avrodan ibarət olacaq.

İbrahimoviç yeni klubu barədə iyunun 7-də məlumat verəcəyini vəd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.