haberL haberR

İcbari tibbi sığorta nə vaxt tətbiq olunacaq?

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 04.02.2016 16:25:14

“Azərbaycanda bu ilin ikinci yarısından etibarən icbari tibbi sığortanın tətbiqinə başlanılacaq”
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib.
 
Millət vəkili hazırda dünya təcrübəsinin öyərnildiyini bildirib: “Dünya təcrübəsinin öyrənilməsi, Azərbaycana uyğun modelin seçilməsi istiqamətində hökumətin işləri davam edir. Bildiyimiz kimi, bununla bağlı işçi qrupu yaradılıb və müəyyən ekspertlər dəvət olunub. İcbari tibbi sığorta ilk olaraq pilot layihə şəkilində tətbiq olunacaq. Bu, səhiyyənin yeni modernləşmə üsuludur, müəyyən problemlər ola bilər. Bizim kiçik rayonlardan birində pilot layihə olaraq icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. Ondan sonra layihənin ya tədricən, ya da tamamilə iclasına başlanacaq”.
 
Qeyd edək ki, Azərbaycanda icbarl tibbi sığortanın tətbiqi planlaşdırılır. Bununla da, 1999-cu ildən səhiyyə gündəminin bir hissəsini zəbt etmiş bir problemin həll ediləcəyi güman edilir. Bu sığorta növünün tətbiqinin yalnız səhiyyə deyil, eyni zamanda digər sektorlara o cümlədən əhalinin xərclərinin strukturuna da müsbət təsirləri var. İcbari sığortanın tətbiq edilməsi səhiyyənin maliyyələşdirmə bazasını dəyişməklə bu sahədəki neqativ halların azaldılmasına səbəb olacaq. Bu sisteminin tətbiqi sığorta şirkətlərinin gəlirlərinin artmasına gətirib çıxaracaq. Eləcə də sözügedən islahat vətəndaşların səhiyyə xərclərinin azalması səbəbindən pullarına qənaət etməsinə və o cümlədən az təminatlı və ya işsiz statusu olan insanların səhiyyə xidmətindən yararlanmasına imkan yaradacaq. /azvision
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.