haberL haberR

İddia: İŞİD-ə təyyarə idarə etmək təlimi verilir

Kateqoriya: Dünya Yayımlama tarixi: 19.10.2014 22:19:58 3258 dəfə oxunub.

İŞİD-ə qoşulan İraq hava qüvvətlərinin istefada olan hərbçiləri Suriyada ələ keçirilən 3 hərbi təyyarənin istifadə edilməsi üçün pilot hazırladıqları iddia edilib

İslamazeri.az bu barədə "Shafaqna" agentliyinə istinadən xəbər verir.

 

Xəbərin mənbəsi İngiltərə himayəsində olan Bəşər Əsəd əleyhdarı Suriya İnsan Haqları təşkilatıdır. Təşkilat məlumat yayıb ki, Hələbdə işğal edilmiş hərbi hava limanında təlimlər keçirilir. Bunu görən şahidlər də var. 

 

Təşkilatın sədri Rami Abdul Rəhman İŞİD-in İraqda Səddam Hüseyn zamanında hərbi hava qüvvələrinin pilotlarını təlimlərə cəlb edərək uçuşlar həyata keçirirlər.

 

Şahidlər, havalimanı ərazisində dəfələrlə təyyarələrin uçduğunu təsdiqləyiblər.

 

Məlumatda İŞİD-ə qoşulan pilotların sayını açıqlamayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.