İdman biletlərini baha satmağın cəriməsi artırıldı

Azərbaycanda kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması, yaxud müəyyən edilən tariflərdən yüksək qiymətə satılmasına görə tutulan cərimələrin miqdarında dəyişiklik edilib. İslamazeri.az report-a istinadən xəbər verir ki, Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik qəbul olunub.
Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə, fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər 5 000 manat miqdarında cərimələnəcəklər.
Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin "Bədən tərbiyəsi və idman haqqında" qanuna uyğun olaraq müəyyən edilmiş tariflərdən baha qiymətə satan fiziki şəxslər 700 manat, vəzifəli şəxlsər 1500 manat, hüquqi şəxslər 6 000 manat cərimə olunacaqlar.
Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərini müəyyən edilən tariflərdən yüksək qiymətə satan fiziki şəxslərin cəriməyə cəlb olunması ilk dəfədir tətbiq edilir. Hazırda qüvvədə olan maddə bu sahədə qanunun tələblərini və qaydaları pozan fiziki şəxslərin cərimələnməsini nəzərdə tutmur.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.