haberL haberR
Ayətullah Məkarim Şirazi: "Bir ölkəni xaraba qoymaq müdriklikdirmi?”, Ayətullah Cavad Amuli: "Babaları Kəbədə şərabı zövqlə içərdi..."

İki böyük alim Səudiyyəli müftilərin açıqlamalarına cavab veriblər.

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, böyük mərcəi təqlid müctehidi olan Ayətullah Məkarim Şirazi Kəbə imamının şiələrə qarşı açıqlamasına münasibət bildirib.

Təkfirçilik məktəbinin Qurana zidd olduğunu bildirən Ayətullah Şirazi deyib: “Qurana zidd olduğuna görə, ağlı başında olan müsəlman təkfirçilik məktəbi olan vəhhabilikdən uzaq durmalıdır. Çünkİ  İŞİD və “Əl Qaidə” kimi qruplaşmalar vəhhabilik ağacının meyvəsi olması hər kəsə aşkardır. Bu şəxs Kəbə kimi müqəddəs bir məkanda şiələri təkfir edib İran haqqında sayıqlamalar söyləmişdir. Halbuki çıxışından bir neçə həftə əvvəl “təkfirçiliklə mübarizə” konfransı təşkil etmişdilər. Dünən “təkfirçilər bizdən deyil” deyirsən,  bu gün Kəbə kimi müqəddəs yerdən şiələri təkfir edərək onlara qarşı müharibə elan edirsən. Həm də, hər kəsə bəlli olan öz məktəblərinizin fəsad və pozğunluqlarını görməməzliyə vurursan”.

Ayətullah Şirazi sonra deyib: “İslam məmləkətlərini sizin dağıtmanızı hər kəs bilir. Buna baxmayaraq bir də utanmadan durub deyirsənki, İran İslam məmləkətlərini yıxır. Yəməndə nə etmək istəyirsiz? İran, yəmənlilər və hər kəs Yəməndəki problemin siyasi yollarla həllinin tərəfdarıdır. Amma siz bu ölkəyə bombalar yağdırırsız. Suriyada xalqın tələbini heçə sayaraq çoxlu cinayətlər işlədiniz. Nədən millətlərin tələblərini heçə sayaraq hər cür cinayəti işləyirsiz və sonra İranı ittiham edirsiz? Əsil günahkarlar xalqların tələblərini heçə sayanlardır. Soruşuram, “Məgər iraqlıların, yəmənlilərin və suriyalıların özlərini müdafiə etmə haqqı yoxdurmu?". Yəmənlilər  bunu deyirdi: “Gəlin oturub bütün qrupların təmsil edəcəyi hökümət quraq”. Amma baş müfti Səudiyyənin əməliyyatlarını müdrik bir addım adlandırır. Bir ölkəni xaraba qoymaq müdriklikdirmi?”.

Qumda fəaliyyət edən digər mərcəi təqlid müctehidi və yüksək Quran müfəssiri  Ayətullah Cavad Amuli təfsir dərsində Səudiyyəli müftilərin açıqlamalarına cavab olaraq Səud xanədanının Kəbəni işğal etməsindən danışıb: “Əvvəllər Kəbə ziyarətçilərinin bir çoxunun şəhadətinə səbəb olan qanlı hadisənin yaşandığı il bir çox insan yazı yazaraq bu müqəddəs yerlərin kimlərin əlində olması ilə bağlı müzakirələr etmişdilər. Ənfal surəsinin 34-cü ayəsində, “Lakin onlar Məscidülhəramın sahibləri olmadıqları halda (möminlərə) mane olduqda Allah nə üçün onlara əzab verməsin. Onun sahibləri yalnız Allahdan qorxub pis əməllərdən çəkinənlərdir – təqvalılardır. Lakin onların əksəriyyəti bunu bilməz!”. Bu ayəyə əsasən Səud xanədanı Kəbəni idarə etməyə haqları çatmır. Bunlar bir zamanlar Kəbəyi bütxana və şərabxanaya çevirmiş olan müşriklərin nəvələridir. Babaları Kəbədə şərabı zövqlə içərdi. Mühəddis Quminin nəql etdiyi rəvayətə əsasən onlardan bəziləri Kəbənin açarlarını qumarda uduzmuşdular. Müsəlmanlar cihadı əkbər edərək Kəbəni əsarətdən azad etməyi düşünməlidirlər".

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.