haberL haberR

İki general Azərbaycan ilə Pakistan arasında döyüş hazırlığını müzakirə edib - Foto

Kateqoriya: Hərbi Yayımlama tarixi: 02.03.2016 09:38:50

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistanın Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general Rəşad Mahmud ilə görüşüb

İslamazeri.az Müdafiə nazirliyinin saytına istinadən xbər verir. Xəbərə görə, general R.Mahmudun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyub.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib və protokola uyğun olaraq "Şərəf Kitabı" imzalanıb.
Azərbaycanın Müdafiə naziri ilə Pakistan Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri arasında əvvəl təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq ölkələrimiz arasında ənənəvi mehriban dostluq və qardaşlıq münasibətlərinin, strateji tərəfdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri ölkəmizin müharibədən əziyyət çəkməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verərək Pakistanın Azərbaycanın mövqeyini beynəlxalq təşkilatlarda dəstəkləməklə xalqımızın haqq işinə kömək etməsinə hazır olmasını xüsusi qeyd edib.
General-polkovnik Zakir Həsənov Pakistan ilə təhlükəsizlik, müdafiə, hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın inkişafının vacibliyi, əlaqələrin daha da dərinləşdirilməsi və ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin təşkil edilməsi barədə fikirlərini də diqqətə çatdırıb. 
Ölkəmizə səfərdən məmnunluğunu ifadə edən general R.Mahmud Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.
Tərəflər Azərbaycan ilə Pakistan arasında döyüş hazırlığı, birgə təlimlərin keçirilməsi, terrorizmə qarşı mübarizədə müştərək əməkdaşlığın, eləcə də hər iki ölkənin Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin artırılmasının vacibliyini də xüsusi vurğulayıblar.

İki general Azərbaycan ilə Pakistan arasında döyüş hazırlığını müzakirə edib - Foto

/haberimaj/habergaleri/2R9D1N2P1A8D.JPG
  1. İki general Azərbaycan ilə Pakistan arasında döyüş hazırlığını müzakirə edib - Foto

  2. İki general Azərbaycan ilə Pakistan arasında döyüş hazırlığını müzakirə edib - Foto

  3. İki general Azərbaycan ilə Pakistan arasında döyüş hazırlığını müzakirə edib - Foto

  4. İki general Azərbaycan ilə Pakistan arasında döyüş hazırlığını müzakirə edib - Foto

  5. İki general Azərbaycan ilə Pakistan arasında döyüş hazırlığını müzakirə edib - Foto

  6. İki general Azərbaycan ilə Pakistan arasında döyüş hazırlığını müzakirə edib - Foto

  7. İki general Azərbaycan ilə Pakistan arasında döyüş hazırlığını müzakirə edib - Foto

  8. İki general Azərbaycan ilə Pakistan arasında döyüş hazırlığını müzakirə edib - Foto

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.