haberL haberR

İki Koreya ölkəsi arasında "soyuq müharibə" davam edir

Kateqoriya: Dünya Yayımlama tarixi: 15.04.2016 11:16:32

Cənubi Koreya müdafiyə nazirliyi: Şimali Koreyanın ballistik raket atması uğursuzluqla nəticələnib

İslamazeri.az-ın "RT"yə istinadən verdiyi xəbərə görə, Cənubi və Şimali Koreya ölkələri arasında "soyuq müharibə" səngimək bilmir.

Şimali Koreya, ölkənin şərq sahilindən orta mənzilli ballistik raket buraxmağa cəhd edib. Lakin bu səfər cəhd uğursuzluqla nəticələnib.

Bu haqda xəbəri Cənubi Koreyanın qərargah rəisləri komitəsi yayıb.

Daha əvvəl xəbər verilirdi ki, Şimali Koreya ölkənin şərq sahilboyunda bir neçə orta mənzilli ballistik “Musudan” mobil raket kompleksi yerləşdirib. Ehtimala görə, raketlərin buraxılışı, aprelin 15-i ölkənin ilk lideri və hazırki rəhbərinin babası Kim İr Senin şərəfinə olacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.