haberL haberR

İki metr hündürlüyə tullandı, yıxıldı, qarnına bıçaq batdı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 11.04.2015 13:50:36

Göyçay rayon sakini bıçaq xəsarəti alıb

Məlumata görə, hadisə rayonun Şəkər kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Etibar Ehtiram oğlu yaşadığı evin həyətindəki pomidor istixanasında işləyərkən qarın nahiyəsindən xəsarət alıb. Belə ki, E. Məmmədov əlindəki bıçaqla kəsdiyi ipləri pomidorlaravə istixananın damına bağlayarkən ehtiyatsızlıq səbəbindən iki metr hündürlükdən aşağı yıxılıb və əlindəki bıçaq onun qarnına batıb. Hadisədən xəbər tutan valideynləri onu təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparıblar. Mədə və mədə boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilən E. Məmmədov dərhal cərrahiyyə əməliyyatı olunub.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.