haberL haberR

İki ölkə başçısından terrorizmlə mübarizə mesajı - Foto

Kateqoriya: Region Yayımlama tarixi: 23.02.2016 17:58:42

Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri başlayıb

Xəbər veriyimiz kimi ölkə prezidenti İlham Əliyev İran İslam Respublikasında rəsmi səfərdədir.

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyev  ilə keçirdiyi mətbuat konfransında iki ölkənin əlaqələrinin gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Həsən Ruhani deyib: “Nüvə razılaşmasından sonra olan ilk görüşümdə əlaqələrimizin gücləndirilməsi üçün həmkarlıq şəraiti daha yüksəkdir. Son 2 ildə ölkələrimiz arasında 11 həmkarlıq sənədi imzalanmışdır. İki ölkənin Astara şəhərinin dəmir yolunun birləşdirilməsi cari ilin sonuna qədər planlaşdırdığımız layihələrdəndir. Bu gün keçirdiyimiz görüşdə, Xəzər dənizinin neft və qazından ortaq istifadə, həmçinin universitet, mədəniyyət, turizim, sığorta, bank və digər məsələlər üzrə müzakirələr apardıq."

İran prezidenti iki ölkənin dini və məzhəbi birliyinə, həmçinin terrorizmlə mübarizəyə işarə edərək "İran və Azərbaycanın dini, məzhəbi, ideoloji və islamdan anlayışları ortaqdır və həçminin bölgədə və dünyada olan islamafob addımlarla mübarizədə də biz ortaq fikirdəyik. İki ölkə olaraq terrorizmlə mübarizədə də həmkarlıq etmək niyyətindəyik. Bizim ortaq fikirlərimizdən biri də, bölgədə yaşanan qarşıdurmaların siyasi yolla həll olunmasıdır”, - deyə bildirib.

Azərbaycan prezidenti İlham Əliyev də öz növbəsində İrana qarşı sanksiyaların ləğv olunması münasibəti ilə Ruhanini təbrik edərək bildirib: “Rəsmi Bakı daima bu sanksiyalara qaşrı öz etirazını bildirmiş və İranın haqqını müdafiə etmişdir. İranla həmkarlıqlarımızın genişlənməsi üçün qərarlıyıq. Bu gün iki ölkə arasında olan əlaqələr tarixi və mədəni əlaqələr üzərində qurulmaqdadır."

Əlaqələrin yaxşılaşmasının bölgəyə də təsirinə toxunan Azərbaycan prezidenti "İki ölkə arasında olan əlaqələrin bögəyə sabitlik gətirəcəyinə əminik. Suriya məsələsinə gəldikdə, biz də bu ölkənin taleyinin xalqının əlində olduğuna inanırıq”, - deyə danışıb.

 

 

12:00 - İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, bu gün Sadabad sarayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhani tərəfindən qarşılanma mərasimi keçirilib.

İlham Əliyev qonşu ölkəyə geniş tərkibli nümayəndə heyətilə səfər edib.

Görüş zamanı iki ölkə arasında əlaqələrin yaxşılaşdırılması müzakirə olunacaq.

Verilən məlumata görə, görüşlər zamanı bəzi sənədlər imzalanacaq.

İlham Əliyev İranda - Foto

/haberimaj/habergaleri/7K4W6F7I5S3W.JPG
  1. İlham Əliyev İranda - Foto

  2. İlham Əliyev İranda - Foto

  3. İlham Əliyev İranda - Foto

  4. İlham Əliyev İranda - Foto

  5. İlham Əliyev İranda - Foto

  6. İlham Əliyev İranda - Foto

  7. İlham Əliyev İranda - Foto

  8. İlham Əliyev İranda - Foto

  9. İlham Əliyev İranda - Foto

  10. İlham Əliyev İranda - Foto

  11. İlham Əliyev İranda - Foto

  12. İlham Əliyev İranda - Foto

  13. İlham Əliyev İranda - Foto

  14. İlham Əliyev İranda - Foto

  15. İlham Əliyev İranda - Foto

  16. İlham Əliyev İranda - Foto

  17. İlham Əliyev İranda - Foto

  18. İlham Əliyev İranda - Foto

  19. İlham Əliyev İranda - Foto

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.