haberL haberR

İkimərtəbəli qatar alan qurum qaynar xətt yaratdı

Kateqoriya: Ölkə Yayımlama tarixi: 05.06.2015 15:03:00

Qaynar xəttin nömrəsi 1822-dir

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, dəmir yolu nəqliyyatında sərnişinlərə və digər hüquqi şəxslərə göstərilən xidmətin səviyyəsinin müasir standartlara çatdırılması məqsədilə daxil olan müraciət və sorğuların qəbulu, operativ cavablandırılması üçün qaynar xətt yaradılıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, Qaynar xəttin nömrəsi 1822-dir.

Yığım qaydası aşağıdakı kimidir:

Bakı şəhərinin sabit telefon şəbəkəsi abunəçiləri və mobil telefon abunəçiləri üçün "1822", bölgədəki sabit telefon şəbəkəsi abunəçiləri üçün isə "012 1822" yığılmalıdır.(anspress)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.