haberL haberR

İkinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik - İlham Əliyev

Kateqoriya: Siyasət Yayımlama tarixi: 27.05.2016 18:38:19

"Heç vaxt Azərbaycan xalqı və dövləti torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib. 

Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb. 

Prezident İlham Əliyev ölkədə ordu quruculuğu prosesinin uğurla getdiyini bildirib, iqtisadiyyatın şaxələndirildiyini, islahatların aparıldığını deyib. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.