haberL haberR

İlahiyyatçı Ceyhun Cəfərovun həbs müddəti uzadıldı (Münasibət)

Kateqoriya: Münasibət Yayımlama tarixi: 10.07.2015 14:24:14

"Biz də sevindik ki, daha artırılmadı, yəqin buraxılacaq..."

İslamazeri.az xəbər verir ki, dünən həbsdə olan ilhiyyatçı, “Təkamül” Tərcümə Mərkəzinin rəhbəri Ceyhun Cəfərov barədə seçilmiş həbs qətimkan tədbirin müddəti uzadılıb.

C. Cəfərovun vəkili Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb. Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

Məsələ ilə əlaqədar İlahiyyatçı Ceyhun Cəfərovun qardaşı Əlipaşa Cəfərovla əlaqə saxladıq. Ə. Cəfərov İslamazeri.az saytına bunları danışdı: "Vəkilin dediyinə əsasən qanunvericilikdə var ki, həbs müddətinin bitməyinə 1 həftə qalmışa kimi həbsin uzadıb uzadmamaq qərarı artıq bildirilməli idi. Elə bil ki, ayın 3, 4, 5-nə kimi artırılıb, artırılmayacağı barədə xəbər verilməli idi. Həmin vaxt bildirilmədi. Biz də sevindik ki, daha artırılmadı, yəqin buraxılacaq. Biz gözlədik birinci gün həbsi ortadan qaldırılacaq, amma heç bir şey olmadı. Bu gün saat 10-da Ceyhunun həbs müddəti sona çatdı. Yəni 4 ayı yekunlaşdı. Dünən isə həbsin uzadılmağı xəbəri gəldi, çox məyus olduq, qayıtdıq yenə 4 ay əvvəl ki, vəziyyətə. Eləbil ki, qərar söyləniləsi vaxtı heç bir söz deyilmir. Buraxılacağı gündən bir gün qabaq həbsin uzadıldığını xəbər verirlər.  

Hazırda Ceyhun MTN-də saxlanılır. İndiyə qədər görüşə bilməmişik. Ancaq uzaqdan görmüşük. Vəkillə məsləhətləşib yaxın günlərdə digər instansiyalara müraciət etməyi düşünürük".

Xatırladaq  ki, ilahiyyatçı Ceyhun Cəfərov bu ilin martın 12-də MTN tərəfindən saxlanılıb.  Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq başladılıb və Səbail rayon məhkəməsi onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Martın 16-da isə MTN əməkdaşları “Təkamül” tərcümə mərkəzinin Yasamal rayonu ərazisində yerləşən ofisində axtarış aparıblar.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.