İlahiyyatçı Elçin Qasımov karserə salındı

“Müsəlman Birliyi” Hərəkatı sədrinin müavini Elçin Qasımov Kürdəxanı təcridxanasında 5 sutkalıq karserə salınıb. Bu barədə Turan-a onun vəkili Elçin Qəmbərov məlumat verib.
“Onun səhhəti pisdir. Buna baxmayaraq, Qasımovun xəstəxanaya köçürülməsi barədə müraciətlərimizdən imtina edilib, əvəzində isə “operativ olaraq” karserə salıblar. Hesab edirəm ki, bu inzibati cəzadan sonra onun vəziyyəti pisləşəcək”, - vəkil bildirib.
Xatırladaq ki, Elçin Qasımov 2015-ci il noyabrın əvvəlində həbs olunub. Həbsdən sonra onlarla dindar Sabunçu rayon polisinin qarşısına toplaşaraq onun azadlığa buraxılmasını tələb edib.
Üç həftədən sonra - ayın 26-da DİN Nardaranda xüsusi əməliyyat keçirib. Hərəkatın 15 üzvü, o cümlədən rəhbəri Taleh Bağırzadə həbs olunub. Onlar hakimiyyətin ələ keçirilməsinə cəhddə və digər ağır cinayətlərdə ittiham olunublar. Həbs edilənlər məhkəmə zamanı bildiriblər ki, bir neçə gün ərzində onlara işgəncə veriblər, müxalifətlə birlikdə ölkədə çevriliş hazırladıqlarını etiraf etməyi tələb ediblər
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.