haberL haberR

İlahiyyatçı Fərhad Mirzənin həbs olunmasının səbəbi məlum oldu

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 10.12.2015 15:12:44

3 gün öncə hüquq mühafizə orqanları tərəfindən saxlanılan ilahiyyatçı Fərhad Mirzənin həbs olunmasının səbəbləri məlum olub

İslamazeri.az-ın verdiyi xəbərə görə, 3 gün öncə hüquq mühafizə orqanları tərəfindən saxlanılan ilahiyyatçı Fərhad Mirzənin həbs olunmasının səbəbləri məlum olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, "Müsəlman Birliyi Hərəkatı" adlı qurumun İdarə Heyətinin üzvü, ilahiyyatçı Fərhad Mirzə Bakının Binə qəsəbəsində saxlanılıb. O, Nardaran hadisələrində təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 Fərhad Mirzə "Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri Taleh Bağırovun yaxın tərəfdaşı olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.