haberL haberR

İlahiyyatçıların iştirakı ilə tədbir keçirildi (Foto)

Kateqoriya: İslam Yayımlama tarixi: 17.10.2015 14:32:06

Toplantılar milli mənəvi dəyərlər sahəsinin günümüz üçün ən aktual problemləri müzakirə edilib

Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzi "Günümüzdə milli-mənəvi dəyərlər" mövzusunda ilahiyyat üzrə ekspertlərin iştirakı ilə ikinci tədbiri keçirib.

Xatırladaq ki, toplantılar milli mənəvi dəyərlər sahəsinin günümüz üçün ən aktual problemlərinin müzakirəsi, problemlərin araşdırılması və həlli yollarının təklifinə həsr olunmuş diskussiyalar şəklində həyata keçirilir, diskussiyalara ən müxtəlif baxış bucaqlarını, eyni zamanda müxtəlif məzhəb nümayəndələrini təmsil edəcək ilahiyyatçılar dəvət olunur.

İslamazeri.az-ın islam.az-a istinadən verdiyi xəbərə görə, silsilə toplantılardan ikincisi Məhərrəm ayına, bu ayda baş verən Kərbəla faciəsinin qeyd edilməsinin ictimai mahiyyətinin, təşkil edilən məclislərdə yol verilən bəzi ifratlara və cəmiyyətimiz üçün Kərbəla məktəbinin yaşadılmasının vacivliyinin müzakirəsinə həsr edilib.

Dəyirmi masa toplantısı şəklində tərtib edilən tədbir tanınmış ruhanilərin, ilahiyyatçı alimlərin, o cümlədən jurnalistika, tarix və sosiologiya kimi humanitar sahələrdə ixtisaslaşmış tədqiqatçıların iştirakı ilə baş tutub.

Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimovun moderatorluğu ilə 2 saata yaxın davam edən müzakirələrdə bir sıra maraqlı təkliflər irəli sürüldü, aradan qaldırılması zəruri olan bəzi çatışmazlıqlar diqqətə çatdırıldı. Eyni zamanda ekspertlərin formalaşdırdığı rəyin geniş kütlələrə çatdırılma mexanizminin daha səmərəli fəaliyyət göstərməsinin vacibliyi önə çəkildi.

Yekunda qərara alındı ki, ilahiyyat üzrə ekspertlərin iştirakı ilə növbəti tədbir Ərbəin günü ərəfələrində təşkil edilsin.

Xatırladaq ki, ilahiyyat üzrə ekspertlərin iştirakı ilə ilk tədbir Ramazan ayına həsr edilmişdir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.