haberL haberR

İlham Əliyev Putinə başsağlığı verdi

Kateqoriya: Siyasət Yayımlama tarixi: 20.06.2016 12:03:59

İlham Əliyev Kareliyada baş vermiş faciə ilə bağlı öz başsağlığını bildirib

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə Kareliyada uşaqların ölməsi ilə bağlı başsağlığı verib. Göndərilən məktubda, Azərbaycan prezidentinin göldə baş vermiş fırtına nəticəsində uşaqların ölüm xəbəri ilə bağlı kədərləndiyi bildirilir. Azərbaycan xalqı və prezidenti adından Vladimir Putinə, həlak olmuşların qohum və yaxınlarına, bütün Rusiya xalqına başsağlığı bildirilib.

Qeyd edək ki, “Park-hotel Syamozero” sağlamlaşdırıcı düşərgəsindən olan uşaqlar və təlimatçılar şənbə günü göldə baş vermiş fırtınaya düşüblər.

Turistik qrupun tərkibində 51 nəfər olub ki, onların 4 nəfəri yaşı böyük şəxslər olub.  Bazar günü axşam saatlarında Rusiya Federasiyası istintaq komitəsi bildirib ki, həlak olmuşlardan 14-ün cəsədi tapılıb. Baş vermiş faciədən sonra 5 nəfər həbs edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.