haberL haberR

İlham Mirzəyevin apellyasiya şikayəti təmin olunmadı

Kateqoriya: Ölkə Yayımlama tarixi: 17.03.2015 18:06:30

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan teleaparıcı İlham Mirzəyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib

Vəkil İkram Abdullayevin verdiyi məlumata görə, prosesdə apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ. Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan İ. Mirzəyev apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində keçirilən iclas zamanı təqsirləndirilən şəxsin vəkilləri çıxış edərək işə xitam verilməsi barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Bunun üçün vəkillər həmin iclasın qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər . Ali Məhkəmə isə onların şikayətini təmin etmədiyindən işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.