İlin sonunadək tam rəqəmsal yayıma keçiləcək
Kateqoriya: Texnologiya
Yayımlama tarixi: 08.10.2015 16:58:03

"Azərbaycanda tam şəkildə rəqəmsal yayıma keçmək gündəmdədir. Biz çalışacağıq ki, ilin sonuna qədər bu işi həll edək". Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O bildirib ki, Azərbaycan ərazisi böyük ölçüdə rəqəmsal yayımla əhatə olunub: "Biz rəqəmsal yayıma keçidi artıq həll etmişik. Ancaq söhbət ondan gedir ki, analoq yayım nə vaxt dayandırılacaq? Analoq yayımın davam etməsi ölkənin gücünə bağlıdır. Düzdür, beynəlxalq təşkilatlar bunu istəmirlər. Bizə 2015-ci ilin iyununa kimi vaxt qoymuşdular. Ölkənin 98 faizi rəqəmsal yayımla əhatə olunub. Hətta bu rəqəm qonşu Gürcüstandan da çoxdur".
MTRŞ sədri qeyd edib ki, analoq yayımın dayandırılması və rəqəmsal yayıma keçid üçün əvvəlcədən ciddi hazırlıq işləri görülməlidir: "Dekoderlər, yəni çeviricilər mağazalarda olmalıdır ki, insanlar həmin çeviricini alsın. Amma burda əsas məsələ sosial cəhətdən imkansız ailələrlə bağlıdır. Məsələn, Azərbaycanda 2 milyon yarım ailə varsa, bu ailələrin böyük bir qismi analoq yayıma müraciət edir. Əgər birdən-birə analoq yayımı dayandırsaq, xeyli sayda insan televiziyaya baxmaq imkanından məhrum olacaq. Hətta əlində vəsait olsa belə, gedib o ötürücüləri mağazalardan tapa bilməyəcək".
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.