İlk açıqlama düz çıxmadı, İstanbuldakı terroru İŞİD-in çeçen qadın üzvü törədib
Kateqoriya: Dünya
Yayımlama tarixi: 07.01.2015 21:08:50
2763 dəfə oxunub.

Dünən ilk açıqlamalarda terror aktının kommunist bir qız törətdiyi önə çəkilirdi.
İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu gün terrorçu kamikadzenin cəsədinə baxış zamanı ilk açıqlamada adı açıqlanan Elif Sultan Kalsenin ailəsi cəsədin onların qızlarına aid olmadığını bildiriblər.
Bu açıqlamadan sonra, terrorçu qadının sələfi qruplaşmalara bağlı olduğu məlum olub.
İlkin məlumatlara görə, terrorçu çeçen qadın İŞİD-ə bağlı olub.
Qeyd edək ki, dünən kommunist saytlarından birinin səhifəsində terrorun onlar tərəfindən törədildiyi bildirilib. Sonradan məlum olub ki, bu saytlar hakerlər tərəfindən ələ keçirilib və "etiraf açıqlaması" məlumatları yerləşdirilib.
Göründüyü kimi, kimlərsə İŞİD-in cinayətini gizlətmək məqsədilə Elif Sultan Kalsenin adını mediaya ötürüb, bundan sonra da kommunist saytlar hakerlər tərəfindən ələ keçirilib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.