haberL haberR

İmad Muğniyə və iranlı nüvə alimlərinin ölümündə ittiham olunan Mossadın sabiq rəhbəri öldü

Kateqoriya: Dünya Yayımlama tarixi: 21.03.2016 1:21:35

İsrailin xüsusi xidmət orqanı Mossadın 2002-dən 2011-ci ilə qədər direktoru olan Meir Daqan ölüb

İslamazeri.az-ın İsrail mediasına istinadən verdiyi xəbərə görə, 71 yaşlı sionist kəşfiyyatçı xərçəng xəstəliyindən öldüyü bildirilir.

Daqan bu gün dəfn olunub.

Fransanın "Le monde" qəzetində Mossadın ölmüş şefilə bağlı maraqlı bir yazı dərc olunub. 

Muan Foşye Delavin adlı yazarın qələmilə dərc olunan məqalədə deyilir ki, İsrailin baş naziri olmuş Ariel Şaron, Mossadı "dişində bıçaq" vəziyyətinə gətirmək və İranın nüvə fəaliyyətinin qarşısını alması üçün məhz, Meir Daqanı Mossad rəhbərliyinə gətirir.

"O qeyri adı şəxs idi,tariximizdəki İsrailin təhlükəsizliyin qarantı idi", - deyə Bar-İlan universitetinin professoru, politoloq İlan Qreilsammer bildirir.

Casus xidmətinin 9 il rəhbəri olan Daqan səs-küylü əməliyyatlar məhz onun rəhbərliyində olarkən həyata keçirilib. Beş iranlı nüvə alimlərinin öldürülməsi, "Hizbullah"ın hərbi qolunun rəhbəri İmad Muğniyəyə qarşı Dəməşqdə terror aktı və s.

 Qəzetin yazdığına görə, bütün bunlara baxmayaraq Meir Daqan 8 il ərzində  Mossadın nüfuzuna ciddi xələl gətirib. Məsələn, Mossadın  2010-cu ildə Dubaydakı əməliyyatı diplomatik qalmaqala çevrilib. Mahmud Mabhuh - Həmasın rəhbərlərindən biri bahalı otellərin birində ölmüş halda tapıldı. Gizli əməliyyat bir neçə kamera vasitəsilə çəkilmiş, istintaqdan sonra Ərəb Əmirliyi bu cinayətin arxasında Mossadın durduğunu əminliklə açıqlamışdı...

Qeyd edək ki, Meir Daqan keçmiş SSRİ-də, Odessada dünyaya gəlib. Sonradan Polşa, daha sonra İsrailə köçüb. 2002-ci ildə Mossad rəhbərliyinə gətirilən Daqan 2011-də bu postu hazırda Mossadın şefi olan Tamir Pardoya təhvil verib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.