haberL haberR

İmad Muğniyənin oğlu və bir neçə 'Hizbullah' əsgəri şəhid oldu

Kateqoriya: Dünya Yayımlama tarixi: 19.01.2015 1:21:57 6823 dəfə oxunub.

Hücum zamanı şəhid olanlardan biri "Hizbullah"ın keçmiş hərbi liderlərindən olan 2008-ci ildə Şamda şəhid edilən İmad Muğniyənin oğlu Cihad Muğniyədir

İslamazeri.az-ın "Al Jazeera"ya istinadən verdiyi xəbərə görə, İsrail Suriya torpaqlarındakı "Hizbullah" məntəqələrinə hücum edərək, aralarında yüksək rütbəlilərin də olduğu altı "Hizbullah" üzvünü şəhid edib.

Onların arasında keçmiş "Hizbullah" liderlərindən olan İmad Muğniyənin oğlu Cihad Muğniyə də var.

İsrail sərhədi yaxınlığındakı Kuneytra bölgəsində "Hizbullah" əsgərlərinə vertolyotdan mərmilər atılıb. Hava hücumu zamanı 6 hərbçinin həyatını itirdiyi "Hizbullah" tərəfindən də təsdiqlənib. "Hizbullah"ın rəsmi mətbu orqanı "Manar TV" hücumda bir uşağın da yaralandığını bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.