haberL haberR

İmam Cümə: Təkfirçilər ABŞ və İsrailə xidmət edir

Kateqoriya: Region Yayımlama tarixi: 21.11.2014 19:55:19 2310 dəfə oxunub.

Tehranın bu günkü cümə namazında xətib Ayətullah Əhməd Cənnəti olub

İslamazeri.az-ın İRİB-ə istinadən verdiyi xəbərə görə, Ayətullah Əhməd Cənnəti Avstriyanın paytaxtı Vyanada İran ilə  5+1 Qrupu arasındakı nüvə müzakirələrinə toxunaraq deyib:"İranın nüvə müzakirəçi komandası Amerikadan qorxmur və müzakirələrdə heç vaxt zilləti qəbul etmir."

Ayətullah Əhməd Cənnəti İranın nüvə müzakirəçi komandasına xitabən düşmənlərdən uzaq qalmalı olduğunu bildirərək əlavə edib: "İslam İnqilabının Böyük Rəhbərinin göstərişləri və xalqın dəstəyi ilə müzakirələr yaxşı sonluqla nəticələnəcəkdir."

Tehranın cümə namazı xətibi 83 ölkədən 318 müsəlman alimin iştirakı ilə Qum şəhərində keçirilməkdə olan “İfratçı və Təkfirçi Cərəyanlar İslam Alimlərinin Baxışında” adlı beynəlxalq konfransa da işarə edərək deyib: "Bu konfransın keçirilməsi islam düşmənlərinin hədələrinin ifşa olunması və ictimaiyyətin məlumatlandırılması üçün çox faydalıdır."

“Təkfirçilər və ifratçılar islam dünyasını hədələyir, İslami Oyanışı yanlış yola yönəldir və Amerika və İsrailin regiondakı siyasətlərini yürüdürlər” –deyə Ayətullah Cənnəti bildirib.

Daha sonra Bəsic həftəsinə toxunan Tehranın  cümə namazı xətibi deyib: "Bəsic təyyibə məktəbi və möhkəm ağacdır ki, onun qönçələri eşq hədisinin tilavətidir."

Ayətullah Cənnəti cümə namazı xütbələrinin davamında sionistlərin Əl-Əqsa məscidindəki cinayətlərini pisləyərək deyib: "Onlar Əl-Əqsa məscidini tam nəzarətə götürmək və öz çirkin planlarını icra etmək niyyətindədirlər."

Tehranın cümə namazı xətibi sionistlərin Fələstindəki məkrli hərəkətlərinin artdığına toxunaraq deyib: "Sionistlər müsəlmanları Qüdsə buraxmırlar və qarşısında ifratçı yəhudiləri ora daxil edirlər və onlar üçün ev tikirlər ki, artıq hərbi qüvəvyə ehtiyac qalmasın."

Ayətullah Cənnəti işğal olunmuş ərazilərdə ifratçı yəhudilərin olması, yüzlərlə yaşayış massivi və Əl-Əqsa məscidinin dağıdılmasını sionistlərin işğal olunmuş ərazilərdə çirkin planlarının bir hissəsi adlandırıb.

Tehranın cümə namazının xətibi sionistlər qarşısında müqavimət həll yolunu İslam İnqilabının Böyük Rəhbərinin tövsiyəsi olaraq xatırladaraq deyib: "Fələstinlilər silahlanmalı və düşməni öz ərazilərindən çıxarmalıdırlar."

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.