haberL haberR

İmam cümə ABŞ-ın İrandakı yeni layihələrindən danışdı

Kateqoriya: Region Yayımlama tarixi: 20.08.2016 00:38:10

Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi olub

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, imperialist qüvvələrin ölkədə münafiqlərlə bağlı layihələrinə işarə edən imam cümə bildirib: “Düşmənlərimizin xalqımıza qarşı yeni hiylələri hiss olunur. O da budur ki, ABŞ-da olan ölkə xainlərini yenidən oyadır və gündəmə gətirirlər. Onlar bilməlidir ki, bu cənazə tamamilə ölü vəziyyətdədir və dirilən deyil".

"Onların dosye və qovluqları ən qara olanıdır və ölkədə 17 min nəfərin terrorunda əlləri var. Onlar yalnız hərbiçiləri deyil, fəhlələri, əkinçiləri, müəllimləri və alimləri şəhid ediblər. İŞİD barədə eşitdiklərimiz, onların 2 və 3-cü nəslinin törəmələridir. İŞİD-in bu gün etdiklərini münafiqlər 3 il öncə İranda ediblər. Onlar öldürdülər, dəri soydular, diri-diri yandırdılar. Onlar bir vaxtlar Səddama qoşuldular, bu gün isə İŞİD-ə qoşulublar. Onlarla cəllad rejim olan Ərəbistan arasında milyard dollarlıq həmkarlıq qeydə alınıb. Bu pulun müqabilində onlar sadəcə casusluq etməlidirlər", - deyə imam cümə əlavə edib.

Daha sonra Ayətullah Seyid Əhməd Xatəmi deyib:  "Təəccüb doğuran budur ki, terrorla mübarizədə iddialı olan ölkələr bu adam öldürənlərə sığınacaq verirlər. Məmurlarımız və cavan nəslimiz ayıq olmalıdır. İmam Xomeyninin (r) məktəbində tərbiyə alıb, ondan dəm vuranlar, İmamın (r) məzlum olmasına niyə icazə verirlər?”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.