haberL haberR

İmam cümə: Allahdan qırılıb, ABŞ-a bağlananın aqibəti belə olar...

Kateqoriya: Region Yayımlama tarixi: 10.06.2016 19:33:03

Tehranın bu həftəki cümə xətibi Ayətullah Müvəhhidi Kermani olub.

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, İmam cümə ilk öncə Mübarək Ramazan ayının fəziləti və əməllərindən danışıb.

Daha sonra xarici düşmən qədər daxili düşmənin də tanınmasında addımlar atılmasının zəruriliyindən danışan  Ayətullah Müvəhhidi Kermani “Şeytan və nəfsimiz bizim düşmənimizdir və müxtəlfi planları vardır. Onlara uymamaq üçün çox diqqətli olmalıyıq. İnsan bu planları aşkar etməli və öz zəyif cəhətlərini tapmalıdır.”, -deyə bildirib.

Sözlərinin davamında İslam inqilabını təhdid edən məsələlərə toxunan Ayətullah Kermani deyib: “Bizi əsas 2 məsələ təhdid edir və qorxudur; cəhalət və zülmə məruz qalmaq. Ölkə rəsmiləri düşmənin hiylələrinə aldanmasınlar və ABŞ-ın mədəniyyət, siyasət bə iqtisadiyyatını icra etməyə çalışmayın. Bu, rəhbərimizin bildirdiyini böyük cihaddır."

İmam cümə Səudiyyənin mülkü vətəndaşlara qarşı yeni hücumları da tənqid edərək   "Allahdan qırılıb, ABŞ-a bağlanan Səud rejiminin aqibətinin  şahidi oldunuz. Bu rejiminin gündəlik işlərindən biri terror qruplaşmaları dəstəkləmək olub;  bu barədə ABŞ və İsrail rejiminə tabedir. Bu bizim üçün ibrət olmalıdır. Allahdan ayrılan insanın üzləşdiyi aqibət budur.”, - deyə əlavə edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.