haberL haberR

İmam Cümə: Ayətullah Xomeyni şəhid atasının hüzurunda ağlayıb belə deyirdi...

Kateqoriya: Region Yayımlama tarixi: 04.06.2016 10:31:34

Tehranın bu həftəki cümə xətibi Höccətül-islam Kazim Siddiqi olub

İslamazeri.az-ın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata əsasən, sözlərinin əvvəlində İran inqilabının banisi Ayətullah Xomeyninin vəfatına toxunan Siddiqi, bununla bağlı İran xalqına başsğalığı verərək deyib: “İmam Xomeyni (r) haqq idi və onunla mübarizəyə qalxanlar məğlub oldular. Onunla heç bir siyasətçi bacara bilmədi. İmamın xüsusi iqtidarı var idi. Onun Salman Ruşti barədə verdiyi hökm bunun göstəricisidir. O dini qeyrətlə alovlanırdı və islama qurban olmağa hazır idi. Özümüzü Allaha adamağı ondan öyrənməliyik. Şəhid atasının hüzuranda ağlayan imam, “Amerikanı ayağımızın altına qoyarıq” da deyirdi.”

Sözlərinin davamında mübarək Ramazan ayının gəlişi ilə bağlı söhbət açan İmam cümə “Bu ayın bizə qucaq açması üçün özümüzü hazırlamaylıyıq.”, -deyə bildirib.

Ölkədə “Xobreqan” və islami şura məclisinnin seçkilərinə də toxunan Siddiqi  “Allahın yardımı ilə xalqımız bu məsələdən başı uca çıxdılar. Nəticə düşməni sevindirmədi, əksinə daha da qəzəbləndirdi. Bu məclis inqilabçı birininin nəzarəti altında öz fəaliyyətinə davam etdi. Məclis üzvləri sübut etdilər ki, həm fəqihdirlər, həm anlayışlı, həm gündəmi izləyirlər, həm də fürsətdən layiqincə istifadə edəndirlər. Məclis üzvləri düşmənin həssas olduğu birini seçdilər. Allahın lütfi ilə islami şura məclisimiz də bir problemlə qarşılaşmadı və rahatçılıqla keçirildi. Məclis nümayəndələri kimi süfrəsində oturduqlarını anlamalıdırlar. Vilayəti fəqih bu gün olmasaydı, onlar burda olmazdılar. Vilayəti fəqih məsələsi ilahi bir nemətdir. İnqilabçı olmaq lazımdır yəni, qanuna vəfalı olmaq, vilayətçi olmaq və onun fərmanlarını gözləmək.”, -deyə əlavə edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.