haberL haberR

İmam cümə bəzi namizədləri hədəfə aldı: "Quranı düzgün oxumayanlar..."

Kateqoriya: Region Yayımlama tarixi: 25.12.2015 21:31:37

Tehranın bu həftəki cümə xətibi Ayətullah Əhməd Cənnəti olub

İslamazeri.az-ın “Fars” agentliyinə istinadən verdiyi xəbərə əsasən, "vəhdət həftəsi"nə toxunan imam cümə, bu həftədə bütün müsəlmanlara bərəkət arzulayıb.

Bölgədə olan məsələlərə toxunan Ayətullah Cənnəti deyib: “Bölgədə olan diktatorlara ilahi əzabın gəlməsinin yeri var. Dünyada da olmasa axirətdə ən pis bəlalara uğrayacaqlar. İslam dünyası 1.5 milyardlıq cəmiyyəti və islami mədəniyyəti ilə dünyanın ehtiyaclarını təmin etmək gücündədir. Müsəlmanlar tarixi və mədəni tarixə sahibdirlər. Müsəlmanlar dünyanın stratejik məsələlərinin hamısında vardırlar. Müsəlman ölkələrinin böyük neft və qaz yataqları var. Bu təbii sərvət müsəlmalara xərclənərsə müsəlmanlar arasında aclıq həll olar. Lakin bu sərvətdən istifadə etmək islami vəhdətə bağlıdır. Təəssüf olsun ki, hər bir müsəlman ölkələri özləri üçün bir saz çalırlar və onlardan hərəsi bir növ imperialist qüvvələrə təslim olublar. Bu vəziyyətdə nə etmək olar?  Bu sözləri deyirik, deməliyik də. Lakin təəssüf olsun ki, heç bir faydası yoxdur. Qulaqları kardır və vicdanlarının, Allahın, Peyğəmbərin (s) və Quranın səsini eşitmirlər. Oki qaldı bizim səsimiz - bu diktatorlar yuxudan oyanmırlar və zillətə boyun əyirlər.”

İmam cümə İranın daxili məsələlərinə toxunaraq “Fitnəni kiçik saymamalıyıq. Neçə il öncə ölkədə baş verən fitnə bu gün də məhkum olunmalıdır ki, hansısa yeni fitnənin baş vermə ehtimalında hazırlıqlı olaq. Seçkilər məsələsi də mühüm məsələdir və müsəlmanların izzəti hesab edilir. Həmd olsun ki, təhlükəsizlik barədə bir problem yoxdur. Seçkilər azaddır və hər bir vətəndaş istədiyi namizədə səs verə bilər. Xobreqan məclisinin seçkilərində iştirak edənlərin sayı çoxalıb. Mənim üçün qaranlıq qalan budur ki, doğurdanmı namizədliyini irəli sürənlərin hamısı özlərini müctehid hesab edirlər? Onlardan bəziləri ərəb dili qrammatikasından xəbərsizdirlər. Quranı belə düzgün oxumayanlar var. Belə olan halda niyə qeydiyyatdan keçirlər və bizi zəhmətə salırlar. Bəziləri bütün namizədlərin təsdiqlənməsini istəyir və bunun insan haqları ilə zidd olduğunu bildirirlər. Bu qanundan sui istifadə etməkdir. İnsan haqqı budur ki, xalqa ziyan vura biləcək şəxsi məclisə buraxasan? Biz seçkilərdə yalnız qanuna uyğun addım atacağıq.” deyə danışıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.