haberL haberR

İmam cümə: "Bu hadisə inqilabın möcüzəsi idi...”

Kateqoriya: Region Yayımlama tarixi: 01.01.2016 16:46:26

Tehranın bu həftəki cümə xətibi Ayətullah Kazım Siddiqi olub.

İslamazeri.az-ın “Fars”-a istinadən verdiyi xəbərə əsasən, İranın daxili məsələlərinə toxunan imam cümə xalqı diqqətli olmağa çağırıb və deyib: “Neçə il öncə seçkilər ərəfəsində ölkədə baş verən fitnə Səddamla döyüşümüzdən daha təhlükəli idi. Xalqımızın bu hadisəyə kütləvi şəkildə etiraz etməyi bunu göstərdi ki, həqiqətən də Allah bizimlədir. Bu hadisə inqilabın möcüzəsi idi.”

Yaxın günlərdə keçiriləcək olan “Xobreqan” məclisinin seçkilərinı toxunan Ayətullah Siddiqi deyib: “Bu siz bu da vicdanınız. Bu siz bu da şəhidlərimizin qanı. Ölkəmizdə qurulan vilayət Əhli-beytin vilayətinin təcəllasıdır. Bu seçkilərdə çox diqqətli olmalısınız ki, vilayətin önündə yeni cəbhənin yaranmasına şərait yaratmayasınız. Bu ayıqlığı indidən özünüzdə formalaşdırın.”

Dünyada gedən proseslərə toxunan İmam cümə: “Hazırda əsir olan Şeyx Zəkzaki 6 övladını imam Hüseyn kimi imam Əlinin (ə) məktəbinə təqdim edib. Bu qanlar həyatdır və islamın diri qalmasına şərait yaradır. İslami mədəniyyətin yaranması zəruridir. Bu olmazsa tam mənada müstəqil olmarıq. Dünya islamın təcrübələrindən istifadə edərək inkişaf etdi, lakin mənəviyyat və əxlaqı çıxaraq. Qərb mədəniyyəti puç olub. Biz isə dünya və axirəti birlikdə abadlaşdırmaq niyyətindəyik. Biz, Allah tanıyan, ondan çəkinən və Qiyamət gününə inamı olan bir cəmiyyət formalaşdırmaq niyyətindəyik.” deyə danışıb.

O tökülən məzlumların qaınının hədər getməyəcəyini qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.