haberL haberR

İmam cümə: Əlimizdə olan hesabata əsasən, 950 nəfər beytul-maldan oğurluq edib

Kateqoriya: Region Yayımlama tarixi: 08.07.2016 22:39:13

Tehranın bu həftəki cümə xətibi Ayətullah Müvəhhidi Kermani Ayətullah Xameneinin gündəmə gətirdiyi çox yüksək maaş alan məmurlar məsələsinə xüsusi diqqət ayırıb

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, sözlərinin əvvəlində, bəzi məmurların yüksək maaşına toxunan imam cümə deyib: “Xalq və məmurlar bilməlidir ki, beytul-malda olan sərvətimiz, bədənimizdə dövr edən qanımıza bənzəyir. Bu qan bütün bədənə çatmalıdır, əks halda bəzi üzvlər iflic olar və insanın ölümünə səbəb olar. Bəziləri elə düşünür ki, beytul-malın sahibi yoxdur və istədikləri qədər, istədikləri yerə istifadə edə bilərlər. Yalnışınız var. Beytul-malın 1 qəpiyinin belə sahibi vardır. Beytul-maldan haqsız istifadə edən, oğru olduğunu bilsin. İmam Əlinin (ə) hakimiyyəti bu cür oğruların əli ilə dağıldı. Sadə məsələ deyil. Bu cür oğurluqlar, hakimiyyətin aradan getməsinə səbəb ola bilər. Kərbəlada cinayət törədənlərin hədəflərindən biri pul idi. Əlimizdə olan hesabata əsasən, 950 nəfər beytul-maldan oğurluq edib. Bu az rəqəm deyil. Bu şəxslər əsasən bank, sığorta və dövlət şirkətlərinin müdirləri olub. Dövlətimizdən zəli kimi yapışan və xalqımızın qanını içən bu şəxslər kimdir? Bəziləri deyir ki, dövlət büdcəsində pul yoxdur. Pul var, lakin oğrular da var."

Daha sonra Ayətullah Müvəhhidi Kermani güc strukturları, həmçinin dövlət idarələrinə nəzarət edən qurumları tənqid edib.

"Aidiyyatlı orqanlar yatıblar? Bu qədər oğurluqlar baş verib və onlar yuxuda olublar? Oyaq olsaydılar bunların qarşısını alardılar. Ayətullah Xamenei bildirdi ki, qeyri qanuni gəlirlər, beytul-mala qaytarılmalıdırlar. Qanunsuzluğa yol verənlər, qanundan sui-istifadə edənlər cəzalanmalıdırlar. Bu mövzu unudulmamalıdır. Xalq, bu 950 nəfərə qarşı hansı addımların atılacağınını gözləyir. Xalq, bu xainlərin postundan uzaqlaşdırılmasını gözləyir. Quran, məmurların gördüyü iş müqabilində beytul-maldan istifadə etməsinə icazə verir. Yüksək maaş alan məmur! De görüm hansı işinə görə bu qədər maaş almısan? Allahın izni ilə bu dünyada rüsvay olacaqsınız.”, -deyə imam cümə əlavə edib.

Terrorizmin təhlükəsinə toxunan imam cümə bildirib: “Dünya artıq bilir ki, terrorçular ABŞ, İsrail və İngiltərə tərəfindən dəstəklənir. Bölgədə olan sabitsizliklərin səbəbi ABŞ-dır. Onlar, bu addımlarla Fələstin məsələsini unutdurmaq istəyirlər. Bununla da İsrail rejiminin rahat nəfəs alması üçün şərait yaradırlar. ABŞ-ın İŞİD əleyhinə mübarizə etdiyini iddia etdiyi koalisiya, yalandan başqa bir şey deyil. İmperialist qüvvələr əməldə terrorçuları dəstəkləyirlər, qardaş qırğını yaradılar.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.