haberL haberR

İmam cümə İrandakı amerikapərəstlər, Xanım Zəhra (ə) şəhadəti və Novruzdan danışdı

Kateqoriya: Region Yayımlama tarixi: 13.03.2015 17:49:31 2947 dəfə oxunub.

"Bayram günləri Xanım Zəhranın (s.ə) şəhadət günləri ilə təsadüf etdiyindən, o Xanımın hörmətini qorumaqda diqqətli olmalıyıq.”

İslamazeri.az “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi deyib.

İmam cümə ilk öncə İraqın xalq və ordusunu Tikriti azad etmələri münasibətilə təbrik edərək bildirib: “Ümid edirik ki, mütəal Allah İŞİD terrorçu qruplaşmasını tamamilə aradan aparmağınız üçün sizə səbr verəcəkdir. Ölkəmiz elə bir ölkədir ki, heç kimin İraqa bu qruplaşmalar müqabilində yardım etmədiyi zamanda öz köməyini əsirgəməyib. İran İraqın ərazi bütövlüyünün tərəfdarıdır və düşmənin parçalama hədəfini ürəyində qoymaq üçün yardımlarını davam etdirir. Biz yalnız İraqın deyil, dünyada olan bütün beynəlxalq sərhədlərə hörmətlə yanaşırıq. Biz asimanın altında olan bir rejimi qəsbkar və işğalçı bilirik. Oda İsrail rejimidir. İraqlı qardaşlarımız bilsinlərki, İran İslam Respublikası daima onlarladır və baş ucalıqla öz addımlarına davam etsinlər”.

 

Ayətullah Xatəmi sözlərinin davamında İranın nüvə məsələsinin müzakirə mövzusunada toxunaraq deyib: “Ali Dini Liderimiz müzakirə heyətini sadiq adlandıraraq təsdiqlədi. Lakin hoqqabazlarla qarşı-qarşıya olduqları üçün narahat olduğunu da bildirdi. Onlar qalib gələcəkləri təqdirdə heç bir sözə və dəyərə sadiq qalmayacaqlar. Keçən günlərdə Obama yenidən sanksiyaların müddətini uzatdı. Bu o mənanı verir ki, bu şəxslər heç zaman siyasi əxlaqa sahib olmayacaqlar. Biz bu müzakirələrin nəylə sonlanacağını bilməsəkdə bunu bilirik ki, bu zamana qədər qalib gələn siz, əziz İran xalqısınızdır. Bu sizsiniz ki, hiyləgər ABŞ-ı dünyaya tanıtdırırsınız. Təəssüf olsun ki, ölkə daxilində bəziləri ABŞ-ı sülhtələb adlandırır. Lakin siz onların yanıldığını və şeytanlığın ABŞ dövlət başçılarının genində olduğunu sübut etdiniz. Bir ildən çoxdur ki, bu müzakirələr davam etməkdə olsa da, mərhum imamın sözləri qulağımızdadır; “Amerika böyük şeytandır”. Dünya ABŞ-ın İranla problemi olduğunu anladı və sizdə yorğunluğun nə olduğunu bilməyən xalq olduğunuzu sübuta yetirdiniz”.

 

İmam cümə, həmçinin Ayətullah Xameneinin bir neçə gün öncə ekologiya ilə bağlı fikirlərinə toxunaraq, sözlərinin moizə və nəsihət deyil qanun olduğunu xatırlatdı. O, qarşıdan gələn Novruz bayramınada toxunaraq deyib: “Bayramlarımız Allahın qırmızı xətlərini pozmağa haqq qazandırmır. Şənliyimiz digərlərinin narahatçılığına səbəb olmamalıdır. Digər tərəfdən bayram günləri xanım Zəhranın (s) şəhadət günləri ilə təsadüf etdiyindən, o xanımın hörmətini qorumaqda diqqətli olmalıyıq”.

 

Ayətullah Xatəmi sonda İranda “Xubriqan” məclisinin rəhbərinin seçilməsinə də toxunaraq, məclisin keçmiş sədrini rəhmətlə andıqdan sonra deyib: “Təəssüf olsun ki, bəzi medialar bu seçkilərlə bağlı əxlaqdan uzaq hərəkətlər sərgilədilər. Görünür onlar hələ məclisi və üzvlərini yaxşı tanımayıblar. Bu üzvlər inqilabın bünövrələridir. Hər dəfə olduğu kimi, bu dəfə də seçkilər çox səmimi bir şəkildə keçirildi”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.