haberL haberR

İmam cümə İranlı tələbələrin ABŞ səfirliyini ələ keçirməsindən danışdı

Kateqoriya: İslam Yayımlama tarixi: 05.12.2014 20:32:05

"Bu koalisiyanın mübarizə iddiası yalandır , ona aldanmamaq lazımdır"

İslamazeri.az-ın İRİB-ə istinadən verddiyi xəbərə görə, Tehranın bu günkü cümə xətibi Höccətül-İslam Vəl-Müslimin Siddiqi olub.

O çıxışının əvvəlində özünü və möminləri təqvalı olmağa çağırıb.

Tehranın bü həftəki cümə namazının xitabətçisi, tələbə günü astanasında ( 7 dekabr ) ölkə tələbələrinin elm , siyasət və iqtisadiyyat müstəvisində inkişaf etmələrinin vacibliyinə işarə edərək deyib: "Düşmənlərin o cümlədən ABŞ-ın İran xalqına qarşı alt - üst etmək üçün , universitetlərin atmosferi , İran islam inqilabının məqsədləri çərçivəsində qərar tutmalıdır."

Xətib həmçinin iranlı tələbələrin ABŞ səfirliyinin ələ keçirməsinin iranlı tələbələrinin ABŞ imperialistlərinə qarşı açıq aşkar mövqeyi olduğunu bildirib.

İmam cümə İran tələbələri arasında Amerikaya qarşı nifrət və hiddət hissinin yüksək həddə olmasına işarə edərək deyib:" İran İslam Respublikasının Banisi İmam Xomeyni (r.ə) buyurub ki, bacarığınız qədər , öz fəryadınızı Amerikanın başına ucaldın və bütün silahlarınızı onun üstünə tutun" .

Çıxışının digər bir hissəsində , insan haqları məsələsinə toxunan xətib qeyd edib : "Qərb ölkələri dünya sərvətlərini qarət etmək üçün insan haqları məsələsini irəli sürürlər".

Höccətül-İslam Siddiqi Amerika və Avropanın insan haqlarından dəm vurması və insan haqlarına təcavüz etməkdəki keçmişinə işarə edərək deyib: "Yaponiyanın Nakasaki və Xirosima şəhərinə qarşı atom bombasından istifadə etmək və müxtəlif ölkələrdə , çevriliş və soyqırımı törətmək amerikalıların insan haqlarına nə dərəcədə sədaqətli olmalarını göstərir."

Çıxışının davamında regionda və dünyada, ABŞ-ın terrorizmə qarşı mübarizə aparmaq iddiasını yalan bir uydurma hesab edən Tehranın cümə namazının xitabətçisi deyib: "Terrorizm və İŞİD qruplaşması , Qərb xüsusilə də , ABŞ-ın yürütdüyü siyasətləri nəticəsində əmələ gəlib."

İŞİD-ə qarşı beynəlxalq mübarizə koalisiyasının təşkilini siyasi oyunbazlıq adlandıran İmam cümə vurğulayıb: "Bu koalisiyanın mübarizə iddiası yalandır , ona aldanmamaq lazımdır , çünki son vaxtlar ABŞ, təyyarə ilə silah göndərməklə, İŞİD terrorçularını silahlandırıb ."

Xətib İran 5+1 qrupunun nüvə danışıqlarına da münasibət bildirib :" İranın müzakirəçi nüvə heyəti böyük rəhbərin göstərişləri və ölkə xalqının ciddi himayəsi ilə Tehranın sülhməramlı nüvə hüququnun təmin edilməsi üzərində təkid edir".

Höccətül-islam Siddiqi, Amerikanın İran xalqının qanuni hüququnu zay və İrana qarşı boykot siyasətinə işarə edərək deyib : "Beynəlxalq qanunlara əsasən , İran xalqı sülhməramlı nüvəyə və texnologiya hüququna malikdir."

Tehranın bu həftəki cümə namazının xitabətçisi çıxışının digər bir hissəsində nüvə silahından istifadənin haram olması barədə Böyük İnqilab Rəhbərinin məntiqli fitvasını rəhbər tutaraq deyib : "Qərb İranın sülhməramlı nüvə fəaliyyətinə etiraz edir , lakin bunun müqabilində , yüzlərlə nüvə bombası başlığına malik İsrail rejiminin nüvə fəaliyyətinə laqeyd yanaşır. Bunun səbəbi də aydındır. Çünki Sionist rejim onların himayəsi ilə belə bir nüvə başlığına malik olub."

İmam cümə sonda Beytül-Müqəddəsdə və Məscidül Əqsada Sionist rejimin fələstinlilərə qarşı hücumunu pisləyib : "ABŞ və regionun bəzi ölkələrinin İsrail rejimini himayə etmələri bu rejimin yıxılmasının qarşısını ala bilməyəcək. Çünki Sionist rejim zavala uğramaqdadır."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.