İmam Cümə Məkkədəki qəzada Səud rejimini sərt ittiham edərək iranlı alimdən danışdı
Kateqoriya: Region
Yayımlama tarixi: 19.09.2015 07:15:47
4064 dəfə oxunub.

İslamazeri.az-ın "Fars" agentliyinə istinadən verdiyi xəbərə əsasən, bu sözləri Tehranın bu həftəki cümə xətibi Ayətullah Kazım Siddiqi deyib.
O imperialist qüvvələrlə mübarizə aparmağın vacibliyindən söz açaraq daha sonra deyib: "Quran bizə tövsiyyə edir ki, bu qüvvələrin gülüşünə güvənməyək. Çünki möminin söykənəcəyi yer Allahdır. İmam Xomeyninin (r) yolunu yalnış tanıtdıranların və mənfur sifətli Amerikanın üzünü bəzəyən şəxslərin vay halına. Rəhbərimiz də bu barədə hamımızın diqqətli olmasını bildirdi. Bəziləri İran inqilabının artıq bitdiyini söyləyirlər. Bilsinlər ki, bitən və tükənən onların özləridir. Bu inqilab hələ yeni başlayıb və biz onun sahibinin intizarındayıq. Bizim xalqımız zalımlarla mübarizə etməkdən və inqilabı müdafiə etməkdən heç vaxt əl çəkməyəcəklər. Minlərlə şəhid verən, Amerikalıları əməli baxımdan çökdürə bilən, "ABŞ-a ölüm olsun" şuarını mənimsəyən və müxtəlif sahələrdə inkişaf edən bir ölkə bütün bunlardan sonra zillətə boyun əyə bilməz. İnqilabımız hazırda irəliyə doğru gedir və geriləmək bizə yaraşmaz. Zəmanəmizin Bəni Üməyyəsi Amerikadır. İsrail və ABŞ-ın cinayətləri elə Şimrin cinayətləridir. İmam Hüseyn (ə) yolu isə daima yolu aydınladandır. Millətimiz Amerika və digər düşmənləri məğlub edəcəyinə imam və şəhidlərə söz verib."
İmam cümə Məkkədə baş verən hadisəyə də toxunaraq deyib: "Təəssüf olsun ki, müsəlmanlar bəzən yanğın, bəzən Səud əsgərlərinin zəvvarlara hücumu ilə qəmlənirlər. Elə bu dəfəki hadisədə də Səudiyyə Ərəbistanının əli mövcud idi. Məkkə hadisəsində dünyasını itirən iranlı alim mərhum Hatəmi, uçuş və müdafiə məsələlərində misilsiz idi. Zəhmətlərinin mükafatını da ordaca aldı."
Əqsa məscidinə sionistlər tərəfindən olunan hücumlara da toxunan Ayətullah Siddiqi bildirib: "Sionist rejim heç bir sərhəd və qırmızı xətləri tanımır. BMT sanki ölüb. Elə həmin BMT Yəməndə baş verənlər müqabilində də susub. Sionist rejiminə xitabən deyirəm ki, bu addımlarınız sizə qarşı olan nifrətləri artırır, ömrünüzü isə qısaldır. Tam əminliklə deyirəm ki,25 ildən az bir ildə aradan gedəcəklər."
İmam Cümə Məkkədəki qəzada Səud rejimini sərt ittiham edərək iranlı alimdən danışdı
İmam Cümə Məkkədəki qəzada Səud rejimini sərt ittiham edərək iranlı alimdən danışdı
İmam Cümə Məkkədəki qəzada Səud rejimini sərt ittiham edərək iranlı alimdən danışdı
İmam Cümə Məkkədəki qəzada Səud rejimini sərt ittiham edərək iranlı alimdən danışdı
İmam Cümə Məkkədəki qəzada Səud rejimini sərt ittiham edərək iranlı alimdən danışdı
İmam Cümə Məkkədəki qəzada Səud rejimini sərt ittiham edərək iranlı alimdən danışdı
İmam Cümə Məkkədəki qəzada Səud rejimini sərt ittiham edərək iranlı alimdən danışdı
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.