haberL haberR

İmam cümə neftin ucuzlaşması, hərbi təlimlər və Yəmən inqilabından danışdı

Kateqoriya: Region Yayımlama tarixi: 27.02.2015 20:10:33

Tehranın bu həftəki cümə xətibi höccətül-islam Kazım Siddiqi İmam cümə neftin ucuzlaşması, hərbi təlimlər və Yəmən inqilabından danışıb

İslamazeri.az-ın “Fars” xəbər agentliyinə istinadən verdiyi xəbərə əsasən, Tehranın bu həftəki cümə xətibi höccətül-islam Kazım Siddiqi olub. O, ikinci xütbəsində bir neçə məqama toxunub.

İmam Cümə nüvə danışıqlarına işarə edib: “Müzakirələrin sonuna az bir zaman qalmış cənab prezidentin Əhli-beytin kəriməsi olan xanım Məsuməni (ə) və məzhəbimizin öndə gedənlərinin şəhəri olan Qumu ziyarət etməsinə, xüsusəndə onun “biz nə təhqiri, nə zorbalığı, nə də sanksiyaları qəbul edirik”- deməsinə görə Allaha şükr edirik”,

 Kazım Siddiqi  Ayətullah Xameneinin müzakirələr barəsində fikirini xatırladaraq deyib:  “Təxminən 60 ildir ki Fələstin xalqı İsrail rejiminin işğalı altındadır və davamlı olaraq müzakirə edirdilər. Onlar evləri viran edir, uşaqları öldürürlər və milyardla insanların müqəddəsatlarına cəsarət edirək müsəlmanların ilk qibləsinə hücum edirlər. Bu arada müzakirələrdə davam edir və bir nəticəyə çatmır”.

İmam cümə İranın daxili məsələlərinədə toxunaraq bildirib: “Düşmən neftin qiymətini aşağı-yuxarı etməklə bizə zərbə vurmaq istəyir. Xalqımız vergiləri vaxtında və lazımınca ödəsələr biz ölkənin bir çox problemlərini bu vasitə ilə həll edə bilərik. Yeraltı sərvətlərə arxalanmaq olmaz. Biz cavanları fəal etməli və yerüstü sərvətlərimizdən yetərincə istifadə etməliyik”.

Təhsil və tərbiyə üsullarından söz aşan höccətül-islam Siddiqi İranın 2 parlaq şəhidi olan Rəcai və Bahünərə bu barədə təşəkkür edərək “Kitablara yenidən göz gəzdirilməli və dini-ideoloji mıəsələləri onlara əlavə etmək lazımdır. Bizim hər bir müəllimimiz eyni halda tərbiyəçi funksiyasını yerinə yetirməli, din və müstəqil olmağı tələbələrə öyrətməlidir.”-deyə bildirib.

Bir neçə gün bundan öncə islam peyğəmbərinin (s) adına təşkil olunmuş hərbi təlimlərə də toxunan İmam cümə deyib: “Ordumuz böyük qəhrəmançılıqlar nümayiş etdirdi və göstərdi ki, cihadi idarəçilik olmazsa qələbə mümkün deyil. Bizi təhdid edən hər bir təhlükənin müqabilində ordumuz durub. Bu təlim düşmənə yersiz yuxular görməməyi anlatdı”.

 Yəmən və Bəhreyn hadisələri haqda danışan İmam cümə deyib: “Yəmən hadisələri və yəmənlilərin səhnəyə gəlməsi düşməni və bölgədə olan bəzi ölkələri çaşqınlığa məhkum edib. Yəmənlilər xalq tərəfindən demokratik şəkildə təyin olunan dövləti tələb edirlər. Bəhreyn hakimləri isə öz növbələrində bilməlidirlərki zülm artdıqca onların ömrü azalır və xalqın sakit şuarlarının cavabı həbs deyil”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.