haberL haberR

İmam cümə övladları xaricdə oxuyan məmurlardan danışdı: ABŞ-da, İngiltərədə...

Kateqoriya: Region Yayımlama tarixi: 15.04.2016 20:07:53

Tehranın bu həftəki cümə xətibi İranın nəzarət-təftiş şurasının sədri Ayətullah Əhməd Cənnəti olub.

İslamazeri.az İran mətbuatına istinadən xəbər verir ki, O Ayətullah Xameneinin bu  ili “İqtisad müqavimət-fəaliyyət və əməl” adlandırmasına işarə edərək bildirib: “Rəhbərimiz bundan əlavə elmi hövzələrin də, Xobreqan məclisinin üzvlərinin də inqilabi olmasını vurğuladılar. Bu bir düşüncədir ki, ABŞ və Qərbin önündə durur və məmləkətimizin iqtisasdi və digər yönlərində vəziyyətini yaxşılaşdırır. Bu məsələ hazırda olan vəziyyətlə alınası deyil. “Fəaliyyət və əməl” sözü onun göstərir ki, bu barədə heç bir ciddi addım atılmayıb və yalnız kağız üzərində iş görülüb. İnqilabi ruhiyyəyə sahib olmayanlar yalnız özlərini və gələcəklərini  düşünür. Onlar sadə hesabat verməklə məsələdən boyun qaçırmaq istəyənlərdir. Lakin bu cür deyil! Köklü iş görülməlidir ki, nöqsanların qarşısını ala bilsin. Biz o qədər müqəssirik ki, Allah bizə niyə bəla göndərmir deyə təəccüb edirəm. Bu qədər şəraitimizin olmasına baxmayaraq yenə də oturmuşuq. Nə qədər münasib insan resurslarımız var, hansıki dünya və axirətdə həsrət çəkəcəyik. Həmin inqilab ruhiyyəli şəxslər ki, elmdə inkişaf edən onlar oldu və hər bir sahədə dünyanı heyran qoydu. Bizim əlimizdə çox müsbət şərait var. Niyə istifadə edilmir? Biz özümüzə inanmalıyıq. Nə təslim olmalıyıq, nə də sanksiyaları qəbul etməliyik. Üçüncü yolumuz iqtisad müqavimətidir. Lakin bəziləri ölkənin sərvətini İndoneziyaya, BƏƏ, Türkiyə və Avropaya aparır. İnqilabi ruhiyyəmiz olarsa bu məsələlərə münasibət bildirər və qınayarıq. Bu milyardlarla dollarları rahat şəkildə xərcləmələrinə icazə verməməliyik.”

Düşmənin ölkədəki fəaliyyətinə toxunan imam cümə “Biz nüfuz amilləri ilə də xüsusi məşqul olamlıyıq. Rəhbərimizin dəfələrlə dediyi sözlərə əsasən, bəziləri nüfuz etmək niyyətindədirlər, ediblər və edirlər. Biz bu xətti tanımalı və ifşa etməliyik. Vəzifə sahiblərimizin övladları Avropada, İngiltərə və ABŞ-da təhsil alarsa əlbəttə -  düşmən ölkəmizə nüfuz edəcəkdir. Onlara pul verərək onları satın alacaq. Daha sonra “atana de filan işi görsün” deyə əmr verəcəklər. Bunlar nüfuz amilləridir ki, biz mütləq şəkildə onları istər xaricdə olsun, istər daxildə olsun  tanımalıyıq.  İnqilabi ruhiyyədə olmayanlar daima zəifçilik və bacarıqsızlıqdan söz açırlar. Düşmən də inqilabçıları ifratçı adlandırır və onların dövlətdən kənarlaşmasını tələb edir. Guya ABŞ-la münasibətlərini normallaşdırmaq istəyənlər daha ağıllıdırlar. Baxmaq lazımdır ki, onlar ifratçıdırlar ya siz təfritçi. Siz inqilabi düşüncəyə sahib olan karvandan geri qalmısınız. Ölkəni 37 ildir dik saxlayanlar inqilab düşüncəli insanlar olub. Düşmənin cavabını verənlər də elə bu inqilab düşüncədə olanlar olub. Niyə biz bu insanlara hörmət etməməliyik? Parlament inqilabi ruhiyyədə olmazsa vəzifəsini layiqincə əməl edə bilməz.”, - deyə bildirib.

İmam cümə sonda, ölkədə olan qaçaqçılığın qarşısının alınmasını da tələb edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.