İmam cümə Səudiyyəyə "Siz müşriksinizmi?!"

İslamazeri.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə əsasən, Ali Səudun İran xalqına qarşı olan düşmənçiliyinə toxunan imam cümə deyib: “Bir gün iranlı hacıların başına dəmir parçaları endirdiniz, bir gün Minada bəzilərimizi boğdunuz. Minlərlə hacının ölümünə laqeyd yanaşdınız, bu gün də hacıların şəri vəzifələrinin icrasında maneələr yaradırsınız. Ali-Səud hədəfi vəhdət olan islam əməkdaşlıq konfransında ixtilaf toxumlarını səpdi. Lakin indi şüşədən və hörümçək toru qədər zəif olan saraylarının başlarına dağılmasını gözləməlidirlər. Biz sizin rəftarlarınızdan təəccüblənmirik, çünki siz, ABŞ müqabilində zillət zəncirini boynunuza taxmısınız. Bizim təəccübümüz digər islam ölkələri rəhbərlərinin mövqeyinədir. Onlar öz qanı axıdılmış hacılarını belə müdafiə etmirlər."
Ayətullah Müvəhhidi Kermani daha sonra "Mən ABŞ-ın addımlarına da təəccüblə yanaşıram. 11 sentyabr hadisələrində əli olan bir rejimlə niyə əlaqə qururlar? Ali-Səud həcc ziyarətində olan “müşrikləri düşmən bilmək” əməlindən narahatdırlar. Niyə narahat olursunuz? Siz müşriksinizmi? Hacılarımız diqqətli olsunlar və vəhhabilərin sözlərinə inanmasınlar! Onlar həm şiəni, həm də iranlını özlərinə düşmən bilirlər və bunu açıq şəkildə elan edirlər. Axmaq mollaları da şiənin qanının Cənnətlə müjdələnəcəyi fətvası verir. Bu cür olan halda, təhlükəsizlikdən necə söz gedə bilər? ABŞ-ı razı salmaq müdafiə etdiyiniz Qurandan uzaq düşmək üçün əlinizdən gələni etməyə davam edin. Lakin İlahi intiqamı da gözləyin. Ali-Səud bilsinlər ki, ayıldıqları vaxt rəhbərləri, onları tarixin zibil qutusuna atacaqlar.”, - deyə bildirib.
İranda havaların istiləşməsinə işarə edən imam cümə, ölkə xanımlarından hicablarına diqqət etmələrini xahiş edərək bildirib: “Polis qüvvələri də bu məsələyə ciddi yanaşmalıdırlar. Əks halda günahkardırlar. Bəziləri pisliklərdən çəkindirmək üçün məclisdən icazənin lazımlığını önə çəkir. Biz namaz qılmaq üçün məclisdən icazəmi alırıq ki, bu vacib üçün də alaq? Bəziləri isə xalqın azad olduğunu önə çəkir. Bəli, xalq azaddır, lakin tam yox. Dövlətin ağırlığını endirən, inqilaba hörmətsizlik edən "azadlıq" qadağandır. Kimsə evində hansısa işi görürsə bu bizə aid deyil, lakin əgər sükan arxasında oturub, hicabını açacaqsa bunun adını azadlıq qoya bilmərik.”
İranın nüvə razılığına da toxunan imam cümə: “Xarici işlər nazirliyimizə bildirirəm ki, həqiqətəndə boynunuzda olan yük çox ağıdrdır. Çünki daima sanksiya tətbiq etmək istəyən və düşmənçiliyindən əl çəkməyən biriləri ilə qarşı-qarşıyasınız. Onlar öz verdiyi sözlərə belə əməl etmirlər. Düşmənimiz azadlıqdan söz açır, lakin uşaq qatili və Yəməni qan gölünə çevirənlərə silah dəstəyi göstərir. ABŞ özünün nüvə silahına sahib olmasını təsdiqləyir, növbə bizə çatanda isə qadağan olduğunu iddia edir. Düşmən embarqolarla bizi diz çökdürmək istəyir, lakin biz iqtisad müqaviməti ilə onların hiylələrini təsirsiz edə bilərik.”, - deyə danışıb.
Ayətullah Kermani cəhalətin qoyduğu mənfi təsirlərə toxunaraq deyibki, cəhalət böyük bəladır, çünki ətrafı insan üçün qaranlıq edir və işi elə yerə çıxarırki, insanlar Cənnətə getmək üçün imam Hüseyni öldürür, İmam Əlinin başına zərbə endirirlər.
"İŞİD-də bu bəlya tuş gəlib. Bəziləri Təlhə və Zübeyrin müsəlman olub, olmadıqlarını soruşur. Onlar müsəlman idilər, lakin savadsız və cahil. Quran bu bəladan uzaq olmaq üçün, yol bilənə müraciət edilməsini təklif edir.”, - deyə İmam cümə qeyd edib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.