haberL haberR

İmam cümə: "Siz müsəlman deyilsinizmi?!"

Kateqoriya: İslam Yayımlama tarixi: 01.05.2015 17:07:00

Tehranın bu həftəki cümə xətibi Ayətullah İmami Kaşani İran və 5+1 ölkələrindən danışdı

İslamazeri.az-ın "Mehr"-ə istinadən verdiyi xəbərə əsasən, Tehranın bu həftəki cümə xətibi Ayətullah İmami Kaşani olub.

O, sözlərinin əvvəlində həzrət Əlinin (ə) mübarək doğum gününə toxunaraq onun sözlərini İran və 5+1 ölkələri ilə əlaqələndirərək deyib: "İmam Malik Əştərə yazdığı məktubda düşmənə olsa belə, verilən əhdlərə sadiq qalmağı tövsiyə edir. İslam və müsəlmanları təhqir etmək istəyənlər bilməlidir ki, imamın sözlərinə əsasən, biz düşmənə belə verdiyimiz əhdlərə sadiq qalacağıq. İmam xütbənin digər yerində buyurur: Düşmənlə müqavilə bağladığın da, diqqətli ol ki, qəflət etməyəsən. Ehtiyyat, səbr və istiqamətlə addımla və söhbət et. Düşmənə hüsnü zənnin olmasın. Allaha həmd olsun ki, bizim müzakirə heyətimiz də bu cürdür və ümüd edirik ki, Allah öz yardımlarını bu imam Zaman (ə.f) məmləkətinə əta edəcəkdir. İmam müqavilədə eyni zamanda bir neçə mənada işlənən sözlərdən istifadə olunmamasını bildirir. Dünyanın insan haqları bu kimi şərtləri harda görə bilərlər? İmam Malik Əştərə bildirir ki, nə vaxtsa bu müqavilənin sənin zərərinə olduğunu görsən əhdinə xilaf çıxma. Çünki, əhdinə vəfa etməyin müqaviləni pozmağından yaxşıdır. Ey ölkəmizin müzakirə heyəti ilə müzakirə edənlər! Sizə səslənərək deyirik ki, biz sizə güvənmirik. Bilin ki, sizi səsləyənlər Əliyə (ə) məxsus olan rəhbərçilik, islami respublika və ədalətdir. Əgər ölkəmiz nüvədən sülhməramlı istifadə edəcəyini bildirirsə, bu dinimizin və ələvi siyasətimizin təfəkkürüdür. Lakin sizin nə xristian, nə də insanlıq siyasətiniz var”.

O, İraq böhranına toxunaraq, “Bu təəssüf doğuran bir haldır ki, ABŞ İraqın bölünməsi qərarını verib. Bütün bunlara baxmayaraq, İraq xalqı oyaq və birdir, eyni zamanda mərcəiyyətə bağlıdırlar. İraq xalqı ABŞ konqresinin ağzına vurur. İmperialist qüvvələr islam üçün cızdıqları planları gorlarına aparacaqlar”,- deyə Ayətullah Kaşani bildirib.

Kaşani ölkənin iqtisadi məsələlərinə də toxunaraq deyib: “Ali məqamlı rəhbərimizində dediyi kimi, ölkənin problemlərinin həlli nə Lozannadadır, nə də Nyu Yorkda. Bu məsələ öz əlimizdədir. Bu müzakirə heyəti üçün bir xəbərdarlıqdır ki, qarşıdakıların sözlərinə aldanmasınlar. Ölkənin iqtisadiyyatı yaxşı olarsa, müzakirə heyətimiz daha gözəl davranacaqdır. Əsas məsələ budur ki, ölkə öz ayaqları üzərində dura bilsin, kasıbçılıq və işsizlik aradan getsin. Ölkə daxili məmulatları yaxşı, xarici məmulatların istifadəsini isə yalnış hesab etmək iman və inamdan irəli gələn bir haldır”.

İmam cümə Ərəbistan xalqının Ali-Səudun cinayətlərinin müqabilində sakit qalmamalarının vacibliyini bildirərək deyib: “Mənim dünya ölkələri və Səud dövlətinə sözüm yoxdur. Çünkı, heç bir faydası yoxdur. Ərəbistan xalqına deyirəm ki, siz müsəlman deyilsinizmi? Sizin dövlətiniz Yəməni bu cür vurduğu halda, digər tərəfdən yardımların qarşısını alırsız. Bu cür addımları hansı insan vicdanı qəbul edər? Niyə sükut etmisiniz? Sizin bu sükutunuz dövlətinizin cinayətlərinə şərik olmaq deməkdir. Qurana imanınız olarsa, dövlətiniz bu cür cinayətlərə əl ata bilməz. Allahdan istəyirəm ki, dünya məzlumlarını, xüsusən Yəməndə olan məzlumların nicatını tezləşdirsin”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.