İmam cümə tənqidlər yağdırdı: Siz, Cəbrail (ə) vasitəsiləmi...

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, imam cümə sözlərinin əvvəlində ölkədə keçiriləcək olan seçkilərə toxunaraq xalqın hamılıqla bu məsələdə iştirak etməsinin zəruriliyini bildirib.
Höccətülislam Kazım Sadiqi İran və ABŞ seçkilərini müqayisə edərək deyib: “Əgər ABŞ-da olduğu kimi bizdə də hakimiyyət uğrunda yalnız 2 partiya rəqabət apararsa və hakimiyyətdə olanlar özləri və övladları üçün sərvətləri talayarlarsa, ölkə zərbə alacaqdır. Lakin yeni dəyişikliklər xalqın əhval ruhiyyəsini gözəlləşdirir və cəmiyyətin ruhlanmasına səbəb olur. Biz yeni simaların üzə çıxması üçün şərait yaratmalıyıq.”
İmam cümə düşmənin ölkəyə nüfuz etməsinə işarə edərək: “Necə olur bizimlə düşmən olanlar, alimlərimizi şəhid edənlər, möminlərin başını kəsib onlarla oynayanlar indi bizə görə narahat olub və xalqı seçkilərdə iştirak etməyə dəvət edirlər?", - deyə qeyd edib.
Sadiqi düşmənin işlərini görənlərin ölkədə varlığına işarə edib:"Onlar bundan əlavə Nəzarət Təftiş Komitəsini (NTK) də hədəfə alır və sual altına aparmaq istəyirlər. Onlar uzun illərdir ki, vilayət xəttini vursalar da, xalqımızın vilayət xəttinə sevgisi hər gün artmaqdadır. Onlar rəhbərimizin ətrafındakıları yığışdırmaq istəyirlər".
Höccətülislam Kazım Sadiqi ad çəkmədən Nəzarət Təftiş Komitəsinini hədəfə alanları da sərt tənqid edib.
Cümə xətibinin sözlərinə görə, Nəzarət Təftiş Komitəsi əleyhinə çıxış edənlər qarşıdan gələn seçkiləri etibarsız etmək istəyirlər.
Höccətülislam Kazım Sadiqi seçkilərə nəzarət edən qurumları qəbul etməyənlərə səslənərək "Nəzarət Təftiş Komitəsinə hücum edənlərdən soruşuruq ki, sizin öz etibarınız hardan qaynaqlanır? Cəbaril (ə) vasitəsi ilə Allahdan əldə etmisiniz, ya qanuna əsasən? Sizin etibarınızı təsdiqləyən Nəzarət Təftiş Komitəsi deyilmi? Bu addımlarla özünüz xalqın gözündə etibarsız olur və özünüzü aradan aparırsınız. Bu sizə və sizin qanuni və imanlı olmanıza ziyandır. Məlum olur ki, siz vilayət və dövlətimizi qəbul etmirsiniz. Xalq sizin barədə necə qəzavət etməlidir?", - deyə bildirib.
İmam cümə İran xalqının imanlı, hizbullahi və Amerikaya düşmən olduğunu xatırladıb. Onun sözlərinə görə, xalq qeyrətlərinə görə, Vilayəti fəqihi müdafiə edirlər. Höccətülislam Kazım Sadiqi İngiltərə və ABŞ-ın fars dilli kanallarında xalqa namizəd təklif etməsinə də işarə edərək, bu məsələdə diqqətli olmağın vacibliyindən danışıb.
Qeyd edək ki, Ayətullah Haşimi Rəfsəncani seçkilərə nəzarətçi qurum olan - Nəzarət Təftiş Komitəsini, Ayətullah Xomeyninin nəvəsinin namizədliyini qəbul etmədiyinə görə sərt tənqid etmişdi. Bundan sonra İranın Mübariz Ruhanilər Cəmiyyətinin üzvləri Rəfsəncaninin adını bu cəmiyyətdən çıxarmışdı.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.