haberL haberR

İmam cümə Yəmən və Səud rejimilə bağlı şok faktlar açıqladı

Kateqoriya: Region Yayımlama tarixi: 08.05.2015 22:09:00 5373 dəfə oxunub.

Tehranın bu günki imam cüməsi Yəmən və Səud rejimi ilə bağlı şok faktlar açıqladı

İslamazeri.az-ın “Fars" agentliyinə istinadən verdiyi xəbərə əsasən, Tehranın bu həftəki cümə xətibi Ayətullah Əhməd Xatəmi olub.

İmam cümə müzakirələrin fonunda ABŞ-dan təhdid gəlməsini sərt tənqid edib: “Əzizlərimiz azda olsa təhdid hiss edərlərsə, müzakirəni dayandırsınlar. Müzakirə heyətindən təhdid altında müzakirə etməmələrini istətəyirik və bilirik ki, etməyəcəklər. ABŞ hər nə qələt etmək istəyirsə, etsin. Əsas budur ki, millətimiz öz yolunu tapıb və möhkəm addımlarla bu yolda dayanıb. Bu təhdidlər Fironlara məxsusdur. Zəmanəmizin fironu hansı ölkə ilə razılaşmadısa, təhdid və iqtisadi saksiyalara əl atır. Bu gün də, onlar müzakirələrin nəticə verməyəcəyi təqdirdə silahlı hücum seçiminin masa üzərində olduğunu bildiriblər. Onların cavabını əziz rəhbərimiz verdi. Onlar qələt edib İrana hücum edərlər. İran xalqına qarşı hər hansı bir addım sizi qara günə qoyacaqdır. Hamı bilir ki, 8 illik müharibədə qələbə qazandığımızda Səddama siz yardım edirdiniz. Əgər istəyirsinizsə bir daha şansınızı sınayın və görün ki, İran xalqı unutmayacağınız dərsi sizə verir ya yox. Cisimlənmiş batil ABŞ-ın hərəkətləridir. Quran Firon üçün 20 xüsusiyyət sadalayır. Hansı ki, bu xüsusiyyətlərin hamısını ABŞ-da görmək mümkündür. ABŞ öz yerini bilsin və digər ölkələr kimi davranmağı bacarsın. Lakin biz onların hər bir hadisəyə, Yəməndə, Bəhreyndə, terrorçu qrupların yaradılmasında və hətta ölkələrə silahlı müdaxilələrdə baş qoşduqlarını görürük. Bu ölkə son 50 ildə 50-yə yaxın ölkəyə bir başa ya dolayısı yolla silahlı hücum edib. Bu gün dünyanın ən cani dövləti ABŞ-dır ki, hətta öz vətəndaşlarına da rəhm etmir. ABŞ-ın İraqı 3 yerə bölmə planı Allahın yardımı ilə gerçəkləşməyəcək olan bir yuxudur. Çünki, İraq xalqı bu fitnəni anlayır və onun qarşısında dayanacaqdır. ABŞ hətta bir gün belə dünya xalqılarının xeyrini düşünməyib və bütün niyyəti millətlərə hökmranlıq etməkdir”.


İmam cümə sonra Yəmən və Səud rejimilə bağlı şok faktlar açıqladı : “Yəmənlilər deyirlər ki, öz taleyimizi özümüz təyin etmək istəyirik. ABŞ-ın bizim üçün qərar verməsini istəmirik. “Ənsarallah” hakimiyyət dalıyca olmayıb. Onların sözü budur ki, niyə ABŞ və Qərb dövlətləri bizə hökmranlıq etməlidirlər? Əlbəttə, onların bu tələbi tamamilə haqlıdır. 44 gündür ki, Yəmən xalqı bombardmanlar müqabilində başı dik dayanıb. Peyğəmbər (s) buyurub ki, mən yəmənliyəm. Sanki, o həzrət (s) bu günləri görürmüş. Digər hədisdə isə belə buyurub: Hər kim yəmənliləri sevsə, məni sevib və hər kim onlarla düşmən olsa mənimlə düşmən olmuşdur. Bu xalq İmam Əlinin (ə) və Malik Əştərin atmosferində nəfəs alıb. Yəmənlilər Əmmar Yasirin nəfəsinin daşıyıcılarıdırlar və Allahın köməyi ilə qalibdirlər. Onların bu haqlı istəklərinin qarşılığını cəllad Səud dövləti necə verdi? Dünənə qədər 3500 şəhid, 6 minə yaxın yaralı, 95 min didərgin, 23 məscidin və 150 məktəb və xəstəxananın sökülməsi, arpa və taxıl sahələrinin məhv edilməsini sadalaya bilərik.  İsrailin Qəzzada törətdiyini Yəməndə törətdiniz, ayıb olsun sizə. Səud dövləti köksüz bir dövlətdir, hansı ki, ingilislər onu iş başına gətirdilər. Onların dövlətlərinin davamı vəhşiliklərlə olmuşdur. Onlar qan dalğasını başlatdılar. Kərbəlada, Nəcəfdə dirsəyə qədər qana bulaşıblar. Sanki, bu rejim üçün “anti islam addımlar təşkil edilməsi” vəzifəsi vardır. Yəmən xalqı bilsin ki, Səud rejiminə qarşı mübarizəniz həqiqətdə ABŞ, İsrail və İngiltərəyə qarşıdır”.


İmam cümə beynəlxalq təşkilatları imperialist dövlətlərin oyuncağı adlandırıb: “Beynəlxalq təşkilatlar Yəmən hadisəsində böyük bir imtahan olundular. Onlar məzlumları dəstəkləmək əvəzinə zalımları dəstəklədilər. Bəşəriyyət bu təşkilatlardan ümidini üzməli və yeni layihə düşünməlidir. Bəzi müsəlman ölkələrdə Yəmən əleyhinə tutduqları mövqe ilə islama ləkə oldular. Bəziləri cinayətlərin şəriki oldular bəziləri isə, öz sükutları ilə cinayətkarları dəstəklədilər. Tarix bu hadisələri öz yaddaşında saxlayır və xainlik izini alnınıza vuracaqdır. Necə ki, bəşəriyyət bu izi hərəm xadimlərinin alnına vurub. Ali-Səud Allahın iznilə ali-süqutdurlar. Necə ki, bunu müşahidə edirik. Sonuncu siyasi zəlzələdə biz bunun şahidi olduq. Yəmən üçün əlimizdən gələni etməliyik. Ən az işimiz etiraz aksiyaları təşkil etməkdir. Bu onlar üçün görə biləcəyimiz ən az işdir”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.