haberL haberR

İmam cümə: Yolunu azmış bəhailik firqəsinin kökü İsraildədir

Kateqoriya: Region Yayımlama tarixi: 21.05.2016 10:32:27

Tehranın cümə namazının xətibi Ayətullah İmami Kaşani olub

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, Ayətullah Məhəmməd İmami Kaşani vəhdətlə düşmənlərin planlarının alt-üst olduğunu bildirərək deyib: "Müsəlmanların birliyi və ayıqlığı düşmənlərin bütün planlarını alt-üst edəcək. Amerika, İsrail və onun müttəfiqləri İslam ölkələrinin inkişafını və yüksəlişini istəmirlər. Buna görə də, region ölkələrinə zərbə vurmaq üçün hər bir cinayətə, fitnəyə baş vururlar."

İmam cümə deyib:  "Siz görün ABŞ və imperialist müttəfiqləri Yəmən, İraq, Suriya, Fələstin və Livanda hansı addımları atırlar. Bu qədər cinayət törədir və İŞİD kimi cinayətkar qruplar yetişdirirlər. İmam Zamanın (ə) yardımı ilə xalqımız arasında birlik mövcuddur. Şiə ideologiyasına görə, qeybət dövründə vilayəti-fəqih bu vəzifəni öz öhdəsinə götürmüşdür. İmam Xomeyni vilayətin bu özəlliyinə söykənərək qələbə qazandı. İslam ölkələri düşmənə rədd cavabı verməlidir, İŞİD və təkfirçi qruplar müqabilində sakit durmamalıdır. Çünki sakit durmaq böyük yalnışlıqdır. Müsəlmanlar bu cinayətlər müqabilində ayağa qaxmalı və zalım başçıları aradan aparmalıdırlar. Həmin başçılar ki, təkfirçilərə silah göndərirlər. Xalqımız da öz növbəsində daxili vəhdətə önəm verməlidirlər. Təhlükəsizliyimiz və vəhdətimiz zədə görməməlidir."

"Bu gün İslam adına İraq, Livan, Yəmən, Fələstin və Suriyada törədilən cinayətlər İslamofobiya və İranofobiya siyasəti çərçivəsindədir.  Bu fitnələr ilə mübarizə aparmaq İslami oyanışa və İslam Ümmətinin birliyinə ehtiyaclıdır. Bu gün İran İslam Respublikasının malik olduğu təhlükəsizlik İnqilab Rəhbərinin istiqamətləndirmələri və İran xalqının vəhdəti sayəsindədir", - deyə İmam cümə əlavə edib.

Ayətullah  İmami Kaşani xütbəsi zamanı İranda qalmaqala çevrilən Haşimi Rəfsəncaninin qızı Faizənin bəhai firqəsinin liderlərindən birilə görüşünə (ətraflı) işarə edərək bu firqə haqda danışıb: "Tarix boyu bəziləri Həzrəti İsa olduqlarını iddia etmişlər. İslam dünyasında bəzi yalançılar da bu cür iddialar ediblər. Hətta Abbasilər dönəmində şiələr arasında da bu şeylərə rast gəlinir."

Daha sonra İmam cümə "İmperializm əlaltısı olan bəhailiyin mərkəzini Fələstində qurmaq əsas hədəflərindən idi, ancaq bunu edə bilmədilər. Yolunu azmış bəhailik inancının kökü İsraildəydi. Bu firqə o qədər pislik və azğınlığa baş vurmuşdu ki, "Bab" (red: Bəhailiyin liderlərindən) İmam Zaman olduğunu bildirmiş, ondan sonra Əbdül Baha da peyğəmbər olduğunu iddia etmişdi. Bəhailərdən bir qadın xalqla söhbəti əsnasında Quran ayələri dövrünün bitdiyi və bundan sonra hicabın lazım olmadığını bildirmişdi. Əgər bu kimi çirkin bir kəsim varlığını belə göstərmək istəyirsə hansı ölkə və ya hansı kontutusiya düşmənin ölkədə olmasına izin verər(fəaliyyətinə)?", - deyə bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.