haberL haberR

İmam cümə: Yüksək maaş alanlardan bəzisi pulları beytulmala qaytardı

Kateqoriya: Region Yayımlama tarixi: 05.08.2016 20:27:30

Tehranın bu həftəki cümə xətibi Ayətullah Muhəmməd Əli Müvəhhidi Kermani olub

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, sözlərinin əvvəlində ölkədə yüksək maaş qalmaqalına toxunan imam cümə deyib: “Bu hadisələr islamdan uzaqdır. İslamda verilən qərarların mənbələrindən biri də ağıldır. Hansısa şəxslərin ayda bir dəfə, bir neçə saat işdə olub, meyvə yeyərək qərar verməsini və bununla da yüksək maaş almasını ağıl qəbul edirmi? Bəziləri deyə bilər ki, biz bu maaşların islama zidd olmasından xəbərsiz idik. Bəli, əgər bilmirdinizsə üzürlüsünüz. Lakin bu pulları beytulmala qaytarmalısınız. Əli (ə) özündən əvvəl paylanılan beytulmalı qeyri qanuni adlandırdı və geri qaytardı. Bu pulların bir qisminin beytulmala geri qaytarıldığını eşitdik. Bunu edənlərə təşəkkürümüzü bildiririk.”

Ali-Səudun Həcc mərasimində cinayətlərinə toxunan imam cümə  “Bu cinayətkarlara sözüm var. Allah Quranda buyurur: “İnsanları məscidlərdə Allahın zikrini etməyə mane olanlardan daha zalım kim ola bilər?”. Buna mane olanlar bilməlidirlər ki, şiddətli əzaba düçar və müsəlmanların nifrətinə səvəv olacaqlar. Qurana əsasən bu insanlar dünyada rüsvay olacaq, Qiyamətdə isə əzab görəcəklər. Belə olan halda siz Qurana tabe olmağınızı necə iddia edə bilərsiniz?” deyə bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.