İmam Cümədən Səud rejiminə: Məzarı dağıdıb cənazəni yandırmaq hansı İslamdadır?

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, mədəni problemlərə toxunan imam cümə bildirib: “Sosial şəbəkələr bəzən selə dönüşən çaylara bənzəyirlər. Bu şəbəkələr insanları ləzzət ardıca aparır və şəri sərhədləri aşmağa gətirib çıxardır. Ölkədə çap olan bəzi kitab və jurnallar, həmçinin ərsəyə gələn bəzi filmlər zəhər təsirinə malikdirlər. Çünki dini aradan aparır və məmləkətə mənfi təsir göstərməkdədir. Əndəlus hadisəsinin təkrarlanmasına və inqilabımızın daxildən aradan getməsinə icazə verməməliyik. Mədəni sahə ilə məşğul olan əlaqədar orqanlar bu məsələlərə xüsusi diqqət yetirsinlər. Mədəni məsələlər, iqtisadi və siyasi məsələlərin fundamenti hesab olunur.”
Ölkədə yüksək maaş böhranına toxunan höccətülislam Siddiqi “Xalq bu insanlara səs verib ki, əmanətlərinə sahib çıxsınlar. Xalq bu şəxslərin mühakimə olunmasını gözləyir. Bu pullar beytul-mala geri qaytarılmalıdır.”, -deyə bildirib.
Səud rejiminin Yəmənə hücumuna toxunan imam cümə deyib: “Səudiyyəlilər Yəmənin kəndlərinə hücum edərək, öz qara arxivlərini daha da qaraldırlar. Onlar kənd sakinlərini qətliam edir, məzarlarını dağıdaraq cənazələrini yandırırlar. Bunun harası islamla uyğundur? Hansı insan haqqı bu məsələyə bəraət qazandırır? Ali-Səudun hərəmin xadimi olmasını kim bəyan edib?”
Əfqanıstan və Bəhreyn hadisələrinə də toxunan imam cümə “Əfqanıstanda baş verən terror hadisəsində 80 nəfər həyatını itirdi. Bəhreyndə də, xalqla ən pis münasibətin şahidyik. Bu xalq nə silahdan istifadə edir, nə də haranısa yandırır. Ali-Xəlifə rejimi bu addımlarla öz məzarını qazır.”, - deyə əlavə edib.
Siddiqi Ayətullah İsa Qasimin vətəndaşlıqdan kənarlaşdırılmasının xalq arasında günü-gündən etirazların artmasıan səbəb olduğunu bildirib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.