haberL haberR

İmam Əlini (ə) təhqir edən Fox.TV önündə etirazlar (Foto)

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 01.03.2015 2:40:56 6092 dəfə oxunub.

Türkiyədə fəaliyyət göstərən Fox.TV telekanalının önündə etiraz aksiyası keçirilib

İslamazeri.az-ın Türkiyə müxbirinin verdiyi xəbərə görə, Fox Tv-də yayımlanan "Unutma Beni" adlı teleserialda meymuna Əli adı verilməsi etirazlara səbəb olub.

Yüzlərlə gənc gecə saatlarında Fox TV-nin İstanbuldakı baş ofisinin önündə yığılaraq şüar səsləndiriblər.

Onlar tv rəhbərliyindən üzr istəmələrini tələb ediblər.

Aksiya iştirakçılarının "Hizbullah" bayrağı dalğalandırmaları diqqət çəkib.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.