haberL haberR

İmam Hüseyn (ə) hərəminin rəsmisi İslamazeri.az-a danışdı

Kateqoriya: Münasibət Yayımlama tarixi: 10.06.2015 16:16:16 4072 dəfə oxunub.

"Müqəddəs torpaqlara heç bir təcavüz yoxdur"

“Bu dəqiqələrdə belə, İraqda atışmalar davam edir. Amma, sevindirici haldır ki, İraqda indiki vəziyyət əvvəlki vəziyyətindən daha yaxşıdır”.

 

Bu fikri islamazeri.az-a Kərbəla İmam Hüseyn (ə) hərəminin müdir müavini Seyid Muzhir əl-Həkim deyib.

Hərəm rəsmisi qeyd edib ki, bəzi terrorçular İraqda sabitliyi pozmaq üçün müxtəlif çirkin əməllərə əl atırlar: “Bildiyiniz kimi, İraqda əmin-amanlığı, sabitliyi pozmaq üçün bəzi yadelli qüvvələr müxtəlif təşkilatlar yaratmaq istəyiblər. Onlar öz mənfur siyasətlərini həyata keçirməkdən ötrü İraqda çoxsaylı ziyanlı hadisələri törətdilər və bu istiqamətdə İraqa çoxlu ziyan da dəydi. Amma bütün bunlara baxmayaraq, ziyanlı hadisələr İraqın ordusu tərəfindən vaxtında dəf edildi. Təhlükəsizlik qurumları İraqda təhlükəsizliyinin artırılması üçün müvafiq işlər görürlər. Amma çox təəssüflər olsun ki, bu dəqiqələrin özündə də İraqın bəzi ucqar əyalətlərində silahlı atışmalar hələ də davam edir. Ölkə İŞİD təhlükəsiylə üz-üzə qalıb. İnşallah ki, bütün məntəqələr silahlı terror qruplaşmalardan təmizlənər”.

 

İraqın İŞİD təhlükəsindən danışan əl-Həkim bildirib ki, müqəddəs torpaqlara heç bir təcavüz yoxdur. O deyib ki, çünki müqəddəs torpaqlar çoxsaylı mühafizəçilər tərəfindən qorunur. Amma İraqın bəzi məntəqələrində terror təcavüzləri davam edir: “Buna görə də, İŞİD-ə qarşı bütün müsəlmanlar birləşməlidir. Çünki, bu, təkcə İraq üçün deyil, eyni zamanda, bütün dünya üçün, bəşəriyyət üçün  təhlükədir”.

 

İmam Huseyn (ə) hərəminin rəsmisi bildirib ki, İraqın güclü ordusunun olmasına baxmayaraq, hər zaman fiziki dəstəyə ehtiyyacları var: “Biz ölkə səviyyəsində dəstək istəyirik ki, hər bir kəsin hüquqları qorunsun”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.