haberL haberR

İmam Hüseynsiz (ə) dünya necə olardı?

Kateqoriya: İslam Yayımlama tarixi: 03.11.2014 11:22:27

İmam Hüseynsiz (ə) dünya necə olardı? Ya başqa cürə deyək: İmam Hüseynsiz (ə) dünya olardımı?

Bu suallara aydınlıq gətirmək üçün "Hacı Cavad" məscinin axundu, tanınmış ilahiyyatçı alim Hacı Əhliman Rüstəmova müraciət etdik.

İlahiyyatçı İslamazeri.az-a açıqlamasında bildirdi ki, mən təsəvvür etmirəm kimsə bu məsələyə müsbət baxa, dünyanı Hüseynsiz (ə) təsəvvür edə. Belə bir adam olsa da gərək onu yoxlasınlar bu adamdırmı? Yoxsa hansı təsirlərin nəticəsində bu fikrə düşüb?

İlahiyyatçı deyib ki, İmam Hüseyni (ə) qəbul etməyən Yezidi qəbul edəcək. Yezidin beyətini İmam Hüseynə (ə) təklif edəndə o Həzrət buyurdu: ”Allah tərəfindən gəlmişik və onun tərəfinə qayıdacayıq o zaman ki, İslam Yezid kimi bir hakimin əlinə düşdü deməli onun sonu çatıb gərək fatihəsi oxunsun. Mən cəddim Peyğəmbərdən (s) eşitdim belə buyurdu: "Xilafət Əbu Süfyan ailəsinə haramdır, Müaviyyəni mənim minbərimdə görəndə onun qarnını cırın”.

Bir zaman Müaviyyə Peyğəmbərın (s) minbərini qəsb etdi müsəlmanlar onun qarnını cırmadı, nəticədə Allah-təala onları böyük bəlaya düçar etdi. Yəni Yezidi onlara müsəllət etdi.

Görürsüz Həzrət Peyğəmbər (s) Əbu Süfyan ailəsi barədə necə sərt sözlərdən istifadə edib? Yəqin düşünürsüz Peyğəmbərib (s) bir sözünə əməl etməmək Yezid kimi şərabxor, fasiq və çirkin bir adamın xilafətə gəlməsinə və özünün əmir-əl-möminin elan edilməsinə səbəb oldu.

Əgər İmam Hüseyn (ə) onu ifşa etməsəydi insanlar Yezidi Allahın yer üzündəki elçisi qəbul edirdilər. Siz düşünün həqiqət axtaran insanlar, Yezidi Allahın elçisi kimi qəbul edib onun çirkin əməllərini görəndə Allahın barəsində nə düşünücəkdilər? Deməzdilərmi elçisi belə olanın özü necədir? Diqqətli olun axı siz şüurlu məxluqsunuz!

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.