haberL haberR

İmam Rza (ə) ziyarətgahı ilə bağlı maraqlı məlumatlar

Kateqoriya: İslam Yayımlama tarixi: 12.04.2015 14:21:13 9224 dəfə oxunub.

Məşhəddə yerləşən İmam Rzanın (ə) ziyarətgahının məsul şəxslərindən biri ziyarətgahla bağlı mediaya maraqlı məlumatlar təqdim edib

İslamazeri.az-ın “Fars” agentliyinə istinadən verdiyi xəbrə əsasən, Məşhəddə yerləşən İmam Rzanın (ə) ziyarətgahının məsul şəxslərindən Seyid Əhməd Haşiminin sözlərinə görə, hər il İmam Rzanı (ə) 300 milyon insan ziyarət edir.

Seyid Əhməd Haşimi mediaya açıqlamasında həmçinin bildirib ki, ziyarətgahda 30 mindən çox insan işləyir və il ərzində 2.5 milyon nəfər İmam Rzanın (ə) ehsan süfrəsinə qonaq olur.

İmam Rzanın (ə) ziyarətgahının məsul şəxsi yeni zirehin hazırlanmasında istifadə olunan qızıl və gümüş haqda da məlumat verib: "Yeni zirehin hazırlanmasında 47 kq qızıl və 3 tona yaxın gümüş istifadə olunub".

Seyid Əhməd Haşim sözlərinin sonunda bu ziyarətgaha olan səfərləri İslam və Əhli-beyt (ə) məktəbini təbliğ etmək üçün əlverişli fürsət adlandırıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.