haberL haberR

İmam Rza (ə) ziyarətgahının rəhbəri dünyasını dəyişdi

Kateqoriya: Region Yayımlama tarixi: 04.03.2016 11:21:19

80 yaşlı alim Məşhəd şəhərində xəstəxanaların birində vəfat edib.

 Ayətullah Vaiz Təbəsi ötən gün 80 yaşında Məşhəd şəhərində xəstəxanaların birində vəfat edib.

Ayətullah Vaiz Təbəsi İranda İslam İnqilabının ərsəyə gəlməsində atdığı mühüm addımlardan əlavə həm də ölkədə və İslam dünyasında əxlaq ustadı kimi tanınırdı. Onun möizələrinin mənəvi təsiri İranda və İslam dünyasında açıq aşkar görünür.

Alim İslam İnqilabının banisi Musəvi Xomeyni tərəfindən Xorasan əyalətlərinə və İmam Rzanın ziyarətgahına nümayəndə və rəhbər təyin edilmişdi. Ayətullah Musəvi Xomeyninin Vaiz Təbəsiyə böyük rəğbəti var idi.

O, görüşlərinin birində Vaiz Təbəsiyə deyib: “Mənim sənə bağlılığım var, biri sənin özünə görə, biri də valideynlərinə görə”

Ayətullah Vaiz Təbəsinin dövründə Məşhəddə İmam Rza ziyarətgahı misilsiz dərəcədə genişləndirilmiş və ziyarətgahın imkanları artırılmışdır. Allah rəhmət etsin. (islaminsesi)

 

 

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.