haberL haberR
Tibb ixtisasları üzrə keçiriləcək test imtahanlarının tarixi dəyişdirilib

İyulun 17-də “Urologiya”, “Şüa diaqnostikası”, “Patoloji anatomiya”, “Oftalmologiya” və “Tibb bacısı” ixtisasları üzrə keçiriləcəyi açıqlanmış test imtahanlarının tarixi dəyişdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən islamazeri.az-a verilən xəbərə görə, iyulun 17-i Ramazan bayramına təsadüf etdiyindən imtahanlar iyulun 22-nə keçirilib. Saat 11-də başlanacaq imtahanda iştirak edəcək şəxslər “Buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsini özləri ilə gətirməlidirlər.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.