haberL haberR

İndiyədək İraq və Suriyada 110 fransalı terrorçu öldürülüb

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.06.2015 10:57:06

Fransanın Baş naziri kəşfiyyat məlumatlarını açıqlayıb

İslamazeri.az-ın "AFP"-yə istinadən verdiyi xəbərə görə, Fransanın Baş naziri Manuel Valls Suriya və İraqda terrorçuluq fəaliyyətində olarkən öldürülən Fransa vətəndaşlarının sayının 110 nəfər olduğunu açıqlayıb.

Senata müraciət edən Baş nazir Valls indiyədək 860 adamın müharibə meydanına getdiyini və bunlardan 471 nəfərin hələ də sağ olduğunu və 110 terrorçunun məhv edildiyini bildirib. Kəşfiyyat hesabatlarına əsaslanaraq çıxış edən Valls ölən fransalı terrorçulardan 9-nun kamikadze fəaliyyəti zamanı öldüyünü açıqlayıb. Fransa və Belçika, Suriya və İraqa gedərək terrorçuluq edən çox sayda vətəndaşı ilə digər Avropa ölkələrindən "fərqlənir" .

Yaxın Şərqdə müharibə təcrübəsi olan qərblilərin ölkələrinə qayıtdıqları zaman terror aktı keçirməsindən narahat olan Avropa Ölkələri bu istiqamətdə fəal kəşfiyyat fəaliyyətləri aparır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.