haberL haberR

İndoneziyada narkotik ticarətinə görə 14 nəfər edam ediləcək

Kateqoriya: Dünya Yayımlama tarixi: 28.07.2016 11:04:43

Xarici məhkumlar Nigeriya, Hindistan, Pakistan, Cənubi Afrika Respublikası və Zimbabve vətəndaşlarıdı.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, İndoneziya Baş Prokurorluğu aralarında 10 xarici vətəndaşın da olduğu 14 nəfərin edamının bu həftə baş tutacağı haqda xəbər verib.

“Ümumilikdə 14 nəfər edam ediləcək.”, – deyə baş prokuror Məhəmməd Prasetion bildirib.
Qeyd edilir ki, bütün ölüm hökmü oxunmuşlar narkotiklə bağlı işlər üzrə məhkum ediliblər. Onların hamısı Nusakambanqan həbsxanasına göndəriliblər ki, orada onlara qarşı oxunmuş hökm icra olunsun.
Xarici məhkumlar isə Nigeriya, Hindistan, Pakistan, Cənubi Afrika Respublikası və Zimbabve vətəndaşlarıdı.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.