haberL haberR

İndoneziyada Sinqapurda terror aktı törətmək istəyən yaraqlılardan ibarət qrup tutulub

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.08.2016 18:26:57

Saxlanılanlar KGR (Katibah GR) terroq qruplaşmasının üzvləridir.

İslamazeri.az-ın "Straits Times"-a istinadən verdiyi xəbərə əsasən, İndoneziya polisi cümə günü Sinqapurda terror aktı planlaşdırmaqda şübhəli bilinən 6 yaraqlını tutub.

Məlumata əsasən, saxlanılanlar KGR (Katibah GR) terroq qruplaşmasının üzvləridir. Qruplaşma İndoneziyanın şimalında, Batam adasında məskunlaşıb.

“Hazırda biz bilirik ki, onlar yaşayış binalarına, həmçinin polis şöbəsi də daxil olmaqla, gediş-gəlişin çox olduğu rayonalara hücum etməyi planlaşdırırdılar.”, – deyə "Reuters" agentliyi polis nümayəndəsi Aqusa Riantoya istinadən bildirir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.