haberL haberR

İndoneziyada sürüşmə və daşqınlar nəticəsində ölən və yaralananlar var

Kateqoriya: Dünya Yayımlama tarixi: 16.05.2016 17:29:44

İndoneziyanın qərb hissəsində yerəşən şəlalənin yaxınlığında baş vermiş daşqın və sürüşmələr nəticəsində 6 tələbə həyatını itirib, 15 nəfər isə itkin düşmüş sayılır.

İslamAzeri.az rus mediasına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyətdən bildiriblər.

Hadisə bazar günü İndoneziyanın Şimali Sumatra əyalətində yerləşən Air Terjun Dua Warna şəlaləsinin yaxınlığında baş verib. Hökümətin verdiyi məlumata əsasən, şəlaləyə 70 nəfərdən ibarət tələbə dəstəsi gəlmişdi. Sürüşmə və daşğınlar nəticəsində onlardan 21 nəfəri itkin düşüb.

Xilasedicilər bu gün 6 tələbənin cəsədini tapıb. Digər itkinlərin axtarışı üşün təxminən 150 nəfərlik xilasedici, hərbçi, polis və könüllü dəstəsi göndərilib.

İndoneziyada mövsümi yağışlar hər il daşqın və sürüşmələrə səbəb olur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.